Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - 18

 

Azərbaycanda milli qiymətləndirmə təcrübəsi

Bookmark and Share

Şagird nailiyyətlərinin yoxlanması  üçün  milli qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi təhsil siyasətində önəmli yer tutur. Milli qiymətləndirmə təhsili öyrənmək üçün aparılan  tədqiqatdır və bu tədqiqatın məqsədi ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək  deyil, ümumilikdə təhsilə qiymət verməkdir. Milli qiymətləndirmədə təhsillə bağlı bütün amillər tədqiqata cəlb edilir, şagird ana dili və riyaziyyat fənləri üzrə verilən suallarla  yanaşı, onun təhsilə münasibətini, yaşadığı mühitin təhsilə təsirini öyrənən sorğulara da cavab verir. Geniş və ətraflı təhlil aparmaq  məqsədilə tərtib olunan sorğu kitabçaları həmin şagirdlərin valideynləri, fənn müəllimləri və təhsil aldıqları məktəb direktorları üçün də  hazırlanır. Nəticədə təhsilə təsir edən bütün amillər ən xırda təfərrüatına qədər təhlil edilmək imkanı qazanır.

Bu təcrübədən ilk dəfə Amerika federal  hökuməti  1969-cu ildə ölkədə şagirdlərin  nailiyyətlərinin təhsil standartlarına uyğunluğunu öyrənmək üçün istifadə etmiş və  sonrakı illərdə fənn üzrə təlim standartlarının hazırlanmasında, təkmilləşdirilməsində milli qiymətləndirmənin  göstəriciləri nəzərə alınmışdır. Bu təcrübənin səmərəliliyi onun daha geniş  yayılmasına və digər ölkələrdə də müvəffəqiyyətlə tətbiq olunmasına gətirib çıxardı. Hazırda dünyanın əksər ölkələrində milli qiymətləndirmə tədqiqatları həyata keçirilir.

Məlumdur ki, təhsil standartlarının  hazırlanmasında   təhsilalanların  fənlərin məzmununa  dair bilik və bacarıqlarını nə dərəcədə reallaşdıra bilməsini  müəyyənləşdirmək   çox mühüm əhəmiyyətə malikdir. Təhsil standartlarına qoyulan tələb təhsilalanların  potensial imkanlarını aşmamalıdır, eyni zamanda bu imkanlardan da aşağı  olmamalıdır. Bu baxımdan, təhsilə qoyulan  tələblə şagirdlərin potensial imkanlarının uyğunluğunu yoxlamaq üçün ən optimal yol  milli qiymətləndirmənin aparılmasıdır.

Təhsilin bir səviyyəsindən digərinə keçid zamanı, yəni 4 və 9-cu siniflərdə aparılan milli qiymətləndirmədə  ölkədə təhsil alan bütün şagirdlərin iştirakı mütləq deyil. Çünki bu qiymətləndirmədə şagirdlərin seçimi  kəmiyyətə görə  deyil, digər parametrlərə əsasən aparılır. Seçilən məktəblər yerləşdiyi əraziyə, tipinə, statusuna görə müəyyənləşdirilir. Milli qiymətləndirməyə cəlb edilən məktəblər  həm ölkə paytaxtını, paytaxtın   mərkəzini və şəhər ətrafını, bütün bölgələri və ucqar dağ kəndlərini təmsil etməklə  tipinə görə ibtidai, əsas və orta məktəblərini, lisey, gimnaziya və  internatları əhatə edir. İndiyə qədər Azərbaycanda aparılan milli qiymətləndirmə seçmə üsuluna əsaslanıb.

Eyni zamanda  dünyada  seçim etmədən  ölkənin  bütün məktəblərini   əhatə edən milli qiymətləndirmə aparmaq   təcrübəsi  də var. Ölkənin bütün məktəblərinin 9-cu siniflərində ana dili və riyaziyyat fənləri üzrə mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış imtahanlarının keçirilməsi belə bir təcrübənin  Azərbaycanda yalnız 4-cü siniflərdə reallaşdırılmasını tələb edir. Qeyd edək ki,  2013-cü ildə ibtidai təhsil səviyyəsinin sonunda (4-cü sinifdə) bütün ölkədə milli qiymətləndirmənin aparılması nəzərdə tutulur.

Həmin ildə fənn  kurikulumlarının tətbiq olunduğu siniflərin ibtidai təhsil səviyyəsini başa vurması  milli qiymətləndirmənin aparılmasının əhəmiyyətini daha da artırır.

Təhsil  Sektorunun İnkişafı üzrə II  layihə çərçivəsində  milli qiymətləndirmə  2009-cu il 12-28 may  tarixlərində  respublikanın  seçilmiş  216 məktəbində həyata keçirildi. Məktəblərin və şagirdlərin  seçimi üçün  istifadə olunan məlumatlar Təhsil Nazirliyinin məlumat bazasından  götürülərək  xüsusi kompüter proqramına yerləşdirildi. Həmin məlumatlar  aşağıda göstərilən prinsiplər əsasında yığıldı:

          İqtisadi regionlar;

          İqtisadi regionlara daxil olan rayonlar;

          Hər rayondakı orta, əsas və ibtidai məktəblərin sayı;

          Məktəbdəki  4-cü və  9-cu  siniflərin sayı;

          Məktəblərin  Azərbaycan bölməsinin 4 və 9-cu siniflərində təhsil alan  şagirdlərin sayı;

          4-cü və  9-cu   siniflərdə dərs deyən ana dili və riyaziyyat müəllimlərinin sayı.

Tədqiqatda  4-cü və 9-cu siniflər üzrə 11 822 nəfər  iştirak etdi. 

Seçim edilərkən  müəyyən meyarlar əsas götürüldü. Bu prosesdə şagirdlər ilkin olaraq  oğlan-qız, şəhər və kənd  kriteriyaları üzrə  bölündülər.

4-cü siniflərdə şəhər və kənd məktəblərində oğlan və qızların nisbəti: 

 
  Oğlan Qız Cəmi
Şəhər 1225 1125 2350
Kənd 1876 1815 3691
Cəmi 3101 2940 6041
 

9-cu siniflərdə  şəhər və kənd məktəblərində oğlan və qızların nisbəti: 

 
  Oğlan Qız Cəmi
Şəhər 1161 1136 2297
Kənd 1801 1683 3484
Cəmi 2962 2819 5781
 

Tədqiqat üçün məqsədli olaraq bəzi meyarlar da müəyyən edildi. Məsələn, Dünya Bankı tərəfindən  Təhsilin İnkişafı üzrə İkinci Layihə çərçivəsində respublikanın bir sıra ümumtəhsil məktəblərinin kitabxanalarının  zənginləşdirilməsi nəzərdə tutulur. Bu siyahıda olan məktəblərin içərisindən də müəyyən sayda məktəblər hədəf qrupu kimi tədqiqata cəlb edildi və   həmin məktəblərin şagirdləri ilə də tədqiqat aparıldı. Məqsəd həmin məktəblərdə mövcud vəziyyəti bilmək və növbəti milli qiymətləndirmələr zamanı kitabxanaların təkmilləşdirilməsinin şagirdlərin nailiyyətlərinə  necə təsir etdiyini  öyrənməkdir.

Milli qiymətləndirmə  tədqiqatlarının uğurla həyata keçirilməsi üçün ən vacib şərtlərdən biri  həqiqiliyin və etibarlılığın tələblərini ödəyən qiymətləndirmə vasitələrinin hazırlanmasıdır. Qiymətləndirmənin   həqiqiliyi onun məqsədinin birbaşa hədəfə yönəlməsi, yəni ölçmək istədiyimizi  ölçməyimizdir.

Etibarlılıq isə qiymətləndirmə  vasitələrinin tam bu məqsədə yönəldiyini  müəyyən edir.  Məsələn, biz şagirdin riyazi  bilik və bacarığını ölçmək istədiyimiz halda,  tapşırığın şərtini şagirdin başa düşə bilməyəcəyi tərzdə yazsaq, məqsədə nail ola bilmərik.

Bu şərtləri əsas tutaraq  tədqiqat  keçirmək üçün qiymətləndirmə vasitələri hazırlandı və bir neçə  məktəbdə  ilkin sınaqdan  keçirildi. Bu sınağı  keçirməkdə məqsəd testlərin ağırlıq səviyyəsini düzgün müəyyənləşdirmək  idi. İlkin sınağın nəticələri göstərdi ki, qiymətləndirmə vasitələri tədqiqatın əsas tələblərinə cavab verir.

4-cü siniflər üzrə isə 6041 nəfər şagirdin  64,9%-i ana dilindən, 75%-i riyaziyyatdan sualların 20%-indən  çoxuna  düzgün cavab verib.

9-cu siniflər üzrə  5781 nəfər şagirdin 54%-i - ana dilindən, 46,6%-i riyaziyyatdan sualların 20%-indən  çoxuna  düzgün cavab verib.

4-cü və 9-cu siniflərin şagirdləri, həmin siniflərdə dərs deyən ana dili və riyaziyyat müəllimləri, məktəb direktorları və valideynlər üçün hazırlanmış anket sorğularının təhlili milli qiymətləndirmənin ən maraqlı mərhələsidir.

Şagird üçün sorğu anketində onun   ailə şəraiti, məktəbdənkənar fəaliyyəti, təhsilə, ana dili və riyaziyyat fənlərinə, müəllimlərə, dərslərə, dostlarına, məktəbin şəraitinə münasibəti, məktəbin onun üçün əhəmiyyəti  haqqında suallar verilmişdir.

Müəllimlər üçün sorğuya onların  yaşı, pedaqoji stajı,  təhsili və iş  təcrübəsi, istifadə etdiyi təlim və qiymətləndirmə metodları barədə suallar daxil edilmişdir.

Məktəb direktoru ilə sorğunun aparılmasında məqsəd tədris şəraitinin, məktəbin daxili qaydalarının şagirdlərin nailiyyətlərinə  təsirini öyrənməkdir.

Valideynlərlə sorğu keçirməkdə məqsəd şagirdlərin valideynlərinin müəyyən hissəsinin   cavablarını  övladlarının nəticələri ilə qarşılaşdıraraq təhlil aparmaq və ailə mühitinin şagirdin nailiyyətinə  təsirini öyrənməkdir.

Testlərdə  iştirak edən 11822 nəfər şagird, 216 məktəb direktoru, həmin məktəblərdə işləyən 600 nəfərdən çox ibtidai sinif,  ana dili və riyaziyyat müəllimi, 2000 nəfərdən çox valideyn  sorğu anketinə cavab vermişdir.

Şagird sorğusunun nəticələrinə görə, şəhər və kənd məktəblərinin hər iki sinif üzrə şagirdlərinin nailiyyət səviyyəsi arasında  fərqlər var və yüksək nəticə şəhər məktəblərinə məxsusdur. Şəhər məktəblərində şagirdlərin yüksək nəticələri məktəblərin texniki təchizatının  daha yaxşı səviyyədə olması, yüksək səviyyəli müəllim kadrlarının şəhər məktəblərində toplanması  ilə izah oluna bilər. Valideynləri tərəfindən qayğı ilə əhatə olunan və təhsili üçün normal şərait yaradılan şagirdlərin nəticələri müxtəlifdir. Belə şagirdlərin 76%-i hər iki fənnə ciddi yanaşdığını və gələcək həyatlarında bu fənlərin əhəmiyyətini başa düşdüklərini göstərirlər. IX sinif şagirdlərinin 60%-i ev təsərrüfatının idarə olunmasında valideynlərinə kömək etdiklərini göstərib ki, bunlar da əsasən kənd məktəbliləridir. Bu şagirdlərin əksəriyyəti vaxt azlığından dərslərə diqqət yetirə bilmədiklərini  bildirib. Buna baxmayaraq, həmin şagirdlərin 30%-i suallara yaxşı cavab verib. Şagirdlərin riyaziyyatı sevməsi onların nəticələrinə müsbət təsir göstərir. Riyaziyyatı çox sevən şagirdlərin 50,4%-i, riyaziyyatı heç sevməyən  şagirdlərin isə 39,1%-i yaxşı nəticə göstərib. Şagirdlərin ana dili fənninə münasibəti onların nəticələrində hiss olunmur. Belə ki, şagirdlərin 71,7 %-i  ana dilini sevmədiyini göstərsə də, onların 65 %-i sualların 20%-nə düzgün cavab verib. Dərs  oxumaq üçün sakit guşəsi,  kompüteri, kalkulyatoru  və digər ləvazimatları olan  4-cü sinif şagirdlərinin nəticələri  digərlərinə nisbətən yüksək olub. Suallara yaxşı cavab verən 9-cu sinif şagirdlərinin  72,8%-nin dərs oxumaq üçün sakit guşəsi, kompüteri, kalkulyatoru və digər vəsaitləri var.

Müəllimlərin sorğusundan aydın olmuşdur ki, ibtidai siniflərdə dərs deyən müəllimlərin çoxu gənc və orta yaşlı mütəxəssislərdir. 4-cü sinif müəllimlərinin 62%-i, 9-cu sinif  müəllimlərinin 56% -i  20-50 yaş arasındadır. Müvafiq olaraq yaşı 70-dən çox olan müəllimlər 9% və 10% təşkil edir. Hər iki sinifdə orta yaşlı müəllimlərin şagirdlərinin nailiyyətləri digərlərindən yüksəkdir. 9-cu sinif  müəllimlərinin  70%-i şagirdlərinin dərslərdə onların köməyi olmadan, sərbəst işlədiyini bildirir. Müəllimlər əsasən şagirdlərin fərdi şəkildə işləməsinə üstünlük verir. Qeyd edək ki, kiçik qruplarla tez-tez iş aparan müəllimlərin şagirdləri  sorğulara daha aydın və əhatəli cavab verib. Bu, şagirdlərin məsələyə yaradıcı yanaşmasından irəli gəlir.

Məktəb direktorlarının cavablarından belə qənaətə gəlmək olar ki,  tədrisin vəziyyətinin yaxşılaşmasına  mane olan əsas  amil  bacarıqlı müəllimlərin çatışmazlığı və  texniki təlim vasitələrinin tələblərə uyğun olmamasıdır. Məktəb direktorlarının  97%-i dərsləri mütəmadi olaraq müşahidə etdiyini göstərir və müəllimlərin öz üzərində çalışması üçün onlara tövsiyələr verdiyini göstərir. Lakin təəssüf ki, bu deyilənlərin şagirdlərin nəticələrinə təsiri hiss olunmur.

Eyni zamanda valideynlərin təhsil səviyyəsinin də şagirdlərin nəticələrinə təsiri olmadığı görünür. Belə ki, 4-cü sinif şagirdlərinin valideynlərinin təxminən 40%-i orta, 29%-i orta-ixtisas və təxminən 28%-i ali təhsillidir. 9-cu sinif şagirdlərinin valideynlərinin təxminən 37%-i orta, 29%-i orta-ixtisas və təxminən 32%-i ali təhsillidir. Lakin bu göstəricilər şagirdlərin nəticələrinə əhəmiyyətli təsir etməmişdir.

2009-cu ildə seçmə yolu ilə aparılan Milli qiymətləndirmənin nəticələri  aşağıdakı məsələləri aktuallaşdırır.

1.Bu nəticələrdən ümumi orta və tam orta təhsil səviyyəsi üçün fənn kurikulumlarının hazırlanması prosesində istifadə edilməli, biliyin bacarığa çevrilməsini təmin etmək məqsədilə   dərsliklərdə verilən oxu və anlama bacarıqlarını inkişaf etdirən mətnlərin və bu yönümlü qiymətləndirmə vasitələrinin sayı  artırılmalıdır.

2.Ana dili fənni üzrə dərsliklərdə oxu bacarıqlarının inkişafına kömək edən, riyaziyyat fənni üzrə dərsliklərdə  məntiqi təfəkkür tələb edən  tapşırıqlara geniş yer verilməlidir.

3.Həndəsə fənninin tədrisi vəziyyəti yaxşılaşdırılmalıdır.

4.Təcrübəli müəllimlərin şagirdlərinin  testlərdə daha yaxşı nəticələr göstərdiyini nəzərə alaraq, 5 ilə qədər   pedaqoji iş stajına malik olan müəllimlərin  ixtisasartırma kurslarına cəlb edilməsinə xüsusi diqqət yetirilməlidir.

5.Yeni qiymətləndirmə qaydaları ilə işləmək bacarıqlarını inkişaf etdirmək üçün fənn müəllimləri təlim kurslarına cəlb edilməlidir.

6.Ailədə uşaqların təhsilinə  mane olan amilləri aradan qaldırmaq məqsədilə məktəb-valideyn əlaqələri gücləndirilməli və RTŞ-lar tərəfindən  bu məsələdə kənd məktəblərinə xüsusi diqqət yetirilməli, məktəb direktorlarının  müəllimlərə metodiki kömək göstərmək sahəsində və şagirdlərin fəallığının artırılmasına yönəlmiş fəaliyyəti gücləndirilməlidir.  

Təranə HACIYEVA,
Təhsil Nazirliyinin Monitorinq
və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmləri doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - 18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov