Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - 02

 

Yeni təhsil siyasəti və maarifləndirmə işinin təşkili

 

Elm və texnikanın inkişaf etdiyi  informasiya əsrində  ictimai, iqtisadi və sosial həyatımızda hər gün baş verən dəyişikliklər  təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. Cəmiyyətdə gedən köklü  dəyişikliklərlə ayaqlaşmaq üçün təhsilin də  əsaslı şəkildə dəyişdirilməsi, islah edilməsi zərurəti yaranır.  Bu proses cəmiyyətdə  davam etdikcə təhsildə də heç vaxt bitməyən prosesə çevrilir, onun daim yeniləşməsini  və inkişaf etməsini  tələb edir. Bu səbəbdən "Təhsil sahəsində islahat Proqramı"nda  təhsilin strukturu, məzmunu, maddi-texniki bazası, idarəetməsi və iqtisadiyyatında islahatların aparılması zərurəti  vurğulandı və dövlətin təhsil sahəsində yürütdüyü siyasət müəyyənləşdi.

Bu gün  respublikanın   təhsil sahəsində  müxtəlif  istiqamətlərdə  islahatlar  həyata keçirilir. Təhsil  sisteminin maddi-texniki bazası günbəgün inkişaf etdirilir.  Minlərlə məktəb binasının tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi göz önündədir. Təhsilin məzmununda dəqiq, real və işlək planlar üzrə addım-addım məqsədyönlü islahatlar həyata keçirilir. İbtidai təhsil pilləsində artıq təsdiq edilmiş şagirdyönümlü, nəticəyönümlü, tələbyönümlü təhsil proqramları (kurikulumlar) tətbiq edilir, ümumi və tam orta səviyyələr üzrə həmin proqramların (kurikulumların) layihələri hazırlanır, mətbuat vasitəsi ilə ictimaiyyətin müzakirəsinə verilir.  Müasir  kurikulumların tətbiqi ilkin müəllim hazırlığı və  əlavə təhsil kimi mühüm kadr hazırlığı məsələlərini də aktuallaşdırır ki, bu istiqamətdə də ciddi işlər aparılır, hazırda kurikulum kurslarında təlimçi olaraq fəaliyyət göstərmək üçün paytaxtda və bölgələrdə 580 mütəxəssis "öyrədəni öyrədən" kurslarından keçirilmiş, (bu iş hələ də davam etdirilir)  30 minə qədər müəllim  kurikulum kursları alaraq yeni  sənədlərin tətbiqi ilə məşğul olurlar.  Məzmun islahatlarının uğurla həyata keçməsi üçün məlumat  mənbələri (dərsliklər, kitabxanalar, təhsil məqsədi daşıyan İnternet səhifələri)  mahiyyət etibarilə məzmunauyğunluq gözlənilməklə zənginləşdirilir,  keyfiyyət baxımından da  sifarişçilərin (şagirdin, müəllimin, valideynin)  tələblərinə cavab verməsi təmin edilir. Təhsil sisteminin idarəedilməsi və təhsilin iqtisadiyyatı sahəsində də ciddi işlər aparılmışdır.  Ali təhsil pilləsində kredit sistemi tətbiq edilir,  adambaşına maliyyələşmə həyata keçirilməyə başlanmışdır.  Təhsil sistemi öz istiqamətini dəqiq müəyyənləşdirib:  biz hansı  işləri görməliyik, bu işləri necə görməliyik və nailiyyətlərimizi necə qiymətləndirməliyik. 

Diqqəti "nəzərdə tutulmuş işləri necə görməliyik" sualına cəlb etmək istərdim. İslahat həyata keçirilərkən uğurlu nəticələr əldə etməyin təcrübədə özünü doğrultmuş yolları vardır. Bununla bağlı  dünya təcrübəsi araşdırılır, təhsil sahəsində yeni siyasətin planlaşdırılması və tətbiqi ilə bağlı elmi ədəbiyyatlar öyrənilir, ilkin  mülahizələr beynəlxalq və milli məsləhətçilərlə müzakirə edilir, nəticədə  son qərarlar qəbul edilir.

Təhsil vətəndaşların özləri və onların övladlarının taleyi  ilə birbaşa bağlı olduğundan islahat aparan zaman görülmüş işlər barədə cəmiyyət  vaxtaşırı məlumatlandırılmalıdır. Bu, islahatın həyata keçirilməsi zamanı əhəmiyyət verilməli mühüm məsələlərdən biridir.   Bu baxımdan planlaşmaya əsasən nəzərdə tutulmuş işlər həyata keçirildikcə ictimaiyyət məlumatlandırılır, müxtəlif məsələlər   cəmiyyətin müzakirəsinə verilir,  fərqli üsullarla maarifləndirmə işləri aparılır. İslahat çərçivəsində görülən işlərin məqsəd və əhəmiyyəti barədə cəmiyyətin hər bir üzvünün:  hər valideynin, hər müəllimin, hər şagirdin, təhsillə əlaqəsi olan hər bir insanın  məlumatlı olması  demokratik cəmiyyətin prinsiplərinə uyğun olaraq onların hüququdur, bu da  islahatı həyata keçirən qurumlar tərəfindən təmin edilir. Bu istiqamətdə ardıcıl olaraq işlər aparılır. Həmin tədbirlər haqqında qısa məlumat vermək istərdik:

1. "Azərbaycan müəllimi" qəzetində və eləcə də www.edu.gov.az portalında görülmüş işlər barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır.

2. "Kurikulum" elmi-metodik  jurnalı  vasitəsi ilə  pedaqoji ictimaiyyətin maarifləndirilməsi və dəstəklənməsi istiqamətində kifayət qədər əhəmiyyətli işlər aparılır.

3. www.kurikulum.az portalı təhsillə hər hansı əlaqəsi olan vətəndaşların məlumatlandırılması üçün daim yeniləşdirilir, inkişaf etdirilir.

4. Təhsil  standartlarının mahiyyətini açıqlayan  kurikulum təqvimləri ilə  şagird, valideyn, müəllimlərin və ümumiyyətlə bütün cəmiyyətin   maarifləndirilməsi həyata keçirilir.

5. İbtidai təhsil pilləsində  bütün fənlər üzrə proqramların  (kurikulumlar)  layihə variantı təsdiq edilməzdən əvvəl "Azərbaycan müəllimi" qəzetində dərc edilir, geniş ictimaiyyətin müzakirəsinə verilir, rəy və təkliflər toplanır, sənədlərin  təsdiqə hazırlanması zamanı həmin təkliflər nəzərə alınır.

6.  V-XI siniflər üzrə fənn kurikulumlarının da layihə variantları bu günlərdə vaxtaşırı "Azərbaycan müəllimi" qəzetində ictimaiyyətin müzakirəsinə verilir. Bu məsələlərlə bağlı rəy və təkliflər toplanır. (Yeri gəlmişkən, yeni proqramlarla (kurikulumlarla) bağlı rəy və təkliflər verməyinizi xahiş edirik).

7. Region, rayon, məktəb səviyyəsində  geniş ictimaiyyətin də cəlb edildiyi seminarlar və konfranslar keçirilir (Şuşa Malıbəyli məktəbi, 18 N-li, 5 N-li, 23 N-li, 9 N-li və s.).

8. Birinci siniflərdə kurikulumları tətbiq edəcək müəllimlər müvafiq kurslardan keçirilir (30 minədək ibtidai sinif müəllimi belə kurslardan keçirilmişdir).

9. Bakıda və rayonlarda  maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədi ilə 580-dən yuxarı mütəxəssis hazırlanmışdır ki, bunlar rayon təhsil şöbələri nəzdində ictimai əsaslarla fəaliyyət göstərən "Maarifləndirmə Mərkəzləri"ndə rayon ictimaiyyətinin maarifləndirilməsi ilə məşğul olacaqlar. Onların fəaliyyət dairəsinə  valideynlərlə görüş, geniş ictimaiyyətin cəlb edildiyi  konfranslar, seminarlar,  yerli televiziyalarda bu mövzuda müzakirələrin təşkili, müəllimlərin peşəkarlığının artırılması məqsədi ilə məşğələlərin keçirilməsi,   uşaq təşkilatları və digər ictimai təşkilatlarla iş  və s. daxildir.

10. İctimai televiziya ilə əməkdaşlıq şəraitində hər həftənin çərşənbə günü yayımlanan "Açıq dərs" verilişi də təhsil sahəsində görülən işlər, meydana çıxan problemlər və onların həlli yollarının axtarışına ictimaiyyətin cəlb edilməsinə xidmət edir və bu ümumi işə böyük töhfə verir. 

11. Geniş ictimaiyyəti  (öyrənən, valideyn, müəllim və təhsillə hər hansı əlaqəsi olan bütün digər vətəndaşlar) ən çox maraqlandıran, düşündürən və ya narahat edən məsələlərlə bağlı   maarifləndirmə imkanı verən  videoçarxlar təhsil sistemindəki ən aktual məsələlərə həsr edilir. İllərlə müxtəlif digər  üsullarla aparılan maarifləndirmə işlərinin genişləndirilməsində növbəti addım kimi dəyərləndirilir.

Beləliklə, həyata keçirilmiş tədbirlərdən də göründüyü kimi,  maarifləndirmə işi iki  istiqamətdə həyata keçirilmişdir:

                            Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsinə istiqamətlənmiş tədbirlər ("Azərbaycan müəllimi" qəzeti, www.edu.gov.az, www.kurikulum.az, "Kurikulum" elmi-metodik  jurnalı,  ixtisasartırma kursları, konfranslar və seminarlar)

                            Geniş ictimaiyyətin qəbul edəcəyi üslubda məlumatlandırılmasına istiqamətləndirilmiş maarifləndirmə tədbirləri ("Azərbaycan müəllimi" qəzeti, www.edu.gov.az,  www.kurikulum.az,  kurikulum təqvimi, "Açıq dərs" tok-şousu, islahatın müxtəlif istiqamətlərinə dair çarxlar).

Bu sadalananlar təhsil sahəsində həyata keçirilən islahatlarla bağlı cəmiyyətin maarifləndirilməsi istiqamətində görülmüş işlərin hamısı deyil. Görülən işlər barədə cəmiyyətin maarifləndirilməsi, lazım gəldikdə isə yeni məsələlərlə bağlı maarifləndirliməsi islahatın həyata keçirilməsi zamanı mühüm vəzifələrdəndir. Bu istiqamətdə ilk gündən məqsədyönlü və mütəşəkkil şəkildə işlər aparılıb və aparılacaq. Vətəndaş  öz övladının məktəbdə nə öyrəndiyini,  bunun onun gələcəyi üçün nə qədər faydalı olduğunu bilməli və bundan əmin olmalıdır.  Nəzəriyyə də,   təcrübə də bunu təsdiq edir.

Müdriklərin sözün dəyəri və kəraməti ilə  bağlı çox  kəlamları var. Bunlardan ikisi bizim mövzumuzla   çox bağlıdır: "Hər kəs öz dilinin altında yatır (Həzrəti Əli)", "Danış, səni görüm" (Sokrat)".  Təəssüflə demək lazımdır ki,  bəzən  mətbuatda islahatın gedişi ilə bağlı elmi  əsası olmayan yazılarla qarşılaşmaq olur.  Belə yazılardan  jurnalistlərin  maarifləndirilməsinə ciddi ehtiyac yarandığı aşkar olur. Hesab edirik ki,  jurnalistlərimizin həyata keçirilən təhsil islahatları, dövlətin yürütdüyü təhsil siyasəti,  islahatın elmi-nəzəri əsasları  və digər mühüm məsələlərlə bağlı  maarifləndirilməsi aktuallaşıb  və onların müvafiq kurs və  seminarlara   cəlb  edilməsi günün tələbinə çevrilib.  Bu səbəbdən  biz  jurnalistləri neçə illərdir ki, ölkədə həyata keçirilən kurs və seminarlarda iştirak etməyə dəvət edirik. Kurikulumun mahiyyəti, təhsil siyasəti,  kurikulum islahatının  həyata keçirilməsi yolları haqqında ilkin bacarıqlar formalaşdıran kurslarda onlar  bir  çox suallarına cavab tapa bilərlər.  Yalnız  bu zaman mətbuatda kurikulum islahatları mövzusunda gedən yazıların elmi, hüquqi və siyasi baxımdan əsaslı olması təmin edilə bilər. 

Afət  SÜLEYMANOVA,
Təhsil Nazirliyinin aparıcı məsləhətçisi,
Kurikulum islahatının davam etdirilməsi və
kurikulumun tətbiqinə dəstək alt-komponent
koordinatorunun köməkçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov