Martın 10-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan ABŞ-ın qeyri-hökumət təşkilatı “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti ilə görüşüb.


Martın 10-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan ABŞ-ın qeyri-hökumət təşkilatı “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti ilə görüşüb.
“Salaam Şalom Qardaşlığı” təşkilatı yəhudi və müsəlman qadınlardan ibarətdir. Təşkilatın əsas məqsədlərindən biri antisemitizm və islamofobiyaya qarşı mübarizədir.
Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar, Azərbaycanın təhsil sahəsində gender bərabərliyi, dinlərarası dialoq, tolerantlıq və multikulturalizm haqqında məlumat verilib. Həmçinin qonaqların çoxsaylı sualları cavablandırılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.