Ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual teleoyun təşkil edilib.  Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 24, 30, 80 və 177 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Futbol”, “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıb.

 

İntellektual teleoyunun nəticələrinə əsasən, 30 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.