Hacettepe Universitetinin professoru Şükrü Haluk Leventi mövzu ilə bağlı təqdimat edib


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Müasir Türkiyə türkcəsinin söz varlığı və imla məsələləri” mövzusunda “dəyirmi masa” keçirilib.

 

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tədbirdə iştirak edən Hacettepe Universitetinin professoru Şükrü Haluk Leventi universitetdə görməkdən məmnun olduğunu bildirib: “Şükrü Haluk Akalın təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malikdir. Həm praktik dil uzmanı kimi, həm də internet dilçiliyi, kompüter dilçiliyi istiqamətləri üzrə inkişaf prinsiplərini izləyən alim kimi bu gün çox işlər görür. Şükrü Haluk Akalın dəyərli məsləhətləri və aktiv iştirakı ilə “Türkologiya” dərgisi Amerikada, Avropada tanınan bir dərgiyə çevrilib. Mən Haluk Akalına Azərbaycanda türkologiya elminin durumu ilə maraqlandığı üçün təşəkkürümü bildirirəm”.

 

Ş.H.Akalın “Çağdaş Türkiye türkçesinin imlası ve söz varlığı üzerine görüşler” adlı təqdimatla çıxış edib. O, şifahi və yazılı Türkiyə türkcəsinin tarixi, müxtəlif dövrlərdə bu dildə baş verən inkişaf metodları barədə ətraflı məlumat verib. Eyni zamanda, qədim Anadolu türkçəsi, Osmanlı türkçəsi və Türkiyə türkçəsi haqqında danışan Haluk Akalın bu dillərin leksik, qrammatik və etimoloji xüsusiyyətlərini də geniş şəkildə şərh edib.