Xəbər lenti

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

5 avqust, 17:29

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

5 avqust, 16:39

Məktəbdə iş şəraitinin müəllim məmnuniyyətinə təsiri

5 avqust, 16:31

BDU və Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramına dair infosessiya keçirilib

5 avqust, 15:53

Azyaşlı aktyorlar: Gəncə məktəbliləri teatr səhnəsində 

5 avqust, 15:33

Elektron lövhəli dərslər, robot yaradan şagirdlər – 22 müəllimi, 23 şagirdi olan Kələki məktəbindən REPORTAJ

5 avqust, 15:29

Bulud sistemləri ilə bağlı intellektual metod və alqoritmlər hazırlanıb - Elmi nəticə

5 avqust, 14:53

Azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak edəcəklər

5 avqust, 14:12

Olimpiadada təkcə medal yox, təcrübə də qazandılar – 78 ölkənin şagirdləri arasından seçilənlər

5 avqust, 14:10

RFO-nun ikiqat qızıl medalçısı Qarabağ Universitetində oxuyacaq 

5 avqust, 13:57

Məktəb direktorları beynəlxalq təcrübə proqramında iştirak ediblər 

5 avqust, 13:36

Mərkəzi Aranda Müəllim Resurs Mərkəzi yaradılır

5 avqust, 12:59

Peşə təhsili alıb necə mühəndis oldu? – Əlinin Müdafiə Sənayesi Nazirliyinədək uzanan uğur yolu

5 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

5 avqust, 12:33

Həmyerlimiz Avropa Kubokunda uğur qazanıb

5 avqust, 12:28

ADNSU-da “Enerji təhlükəsizliyi və transformasiya” mövzusunda “Yay məktəbi” keçiriləcək

5 avqust, 12:11

Naxçıvanın karateçiləri Türkiyədən medalla döndülər 

5 avqust, 11:57

LDU-nun iki tələbəsi “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın qalibi olub

5 avqust, 11:39

Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

5 avqust, 11:16

XXI əsr dərs modelinə yeni baxış: müasir dərsin möcüzəsi

Pedaqoji yazılar

Daha çox göstər
Məktəbdə iş şəraitinin müəllim məmnuniyyətinə təsiri
5 avqust, 16:39

Məktəbdə iş şəraitinin müəllim məmnuniyyətinə təsiri

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən "Müəllimlərin iş şəraitindən məmnunluğu: Müəllimlərin dərs yükü, məktəb liderliyi və şagird intizamı ilə əlaqələrə dair beynəlxalq elmi araşdırmalar" adlı məqalə nəşr olunub. “Azərbaycan müəllimi” xəbər verir ki, məqalə tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninə daxil edilib.Məqalənin məqsədi müəllimlərin iş fəaliyyətlərindən məmnunluğunun onların rifahına və müəllim kimi fəaliyyətlərini davam etdirməyə mühüm təsir göstərdiyini vurğulamaqdır.Məqalə 2019-cu il TIMSS məlumatlarından istifadə etməklə, 46 ölkə və regionda fəaliyyət göstərən 8-ci sinif riyaziyyat müəllimlərindən əldə olunan məlumatlar əsasında hazırlanıb.Araşdırma müəllim məmnunluğu və onların peşəyə münasibəti, işin mənalı olması, işə həvəs, ilham və qürur hissləri kimi meyarlarla ölçülmüşdür. Nəticələrin təhlilindən aydın olur ki, məktəb rəhbərliyinin dəstəyi və şagirdlərin davranışı müəllim məmnunluğu ilə sıx bağlıdır. Belə ki, müəllimlər rəhbərlikdən dəstək aldıqda və siniflərdə nizam-intizam yüksək olduqda öz işlərindən daha çox razı qaldıqlarını bildiriblər. Bundan əlavə, araşdırma göstərir ki, iş yükünün həddən artıq çox olması və dərsə hazırlıq prosesinin az olması müəllimin iş şəraitindən məmnunluğuna təsir edən amillərdəndir. Məqalədə bu tendensiyalara ölkələr üzrə də baxılıb. Belə ki, 27 ölkədə aparılan tədqiqatlar rəhbərlikdən alınan dəstək ilə müəllim məmnunluğu arasında yüksək müsbət korrelyasiyanın mövcud olduğunu ortaya qoyub. Ən yüksək müsbət əlaqə Fransa, Yaponiya, Finlandiya, Macarıstan, Litva kimi ölkələrdə müşahidə olunub. Əksər ölkələrdə şagird nizam-intizamının məmnunluğu artırdığı və təxminən üçdə iki ölkədə isə iş yükü artdıqca müəllim məmnunluğunun azaldığı məlum olub.Məqalədə müəllim məmnunluğunu artırmaq üçün məktəb rəhbərliyinin həlledici rola malik olduğu xüsusi vurğulanır. Belə ki, rəhbərlik tərəfindən dəstəklənən müəllimlər özlərini peşədə daha dəyərli hiss edir və uzun müddət bu sahədə işləməyə daha çox həvəs göstərirlər. Bu baxımdan məktəb rəhbərlərinin hazırlığına və mentorluq proqramlarına investisiya qoyması məqsədəuyğun hesab edilir. Tədqiqatdan aydın olur ki, şagird davranışı da müəllim məmnunluğu üçün əsas amildir. Davranış pozuntularının azalması, səmərəli və sağlam sinif mühitinin təşkili müəllimlərin rifahına birbaşa təsir edir. İş yükünün düzgün idarə olunması stresin azalmasına kömək edir ki, bu da müəllimlərin təhsildə davamlılığının təmin edilməsi üçün zəruridir. Bunun üçün tədris və qeyri-tədris yüklərinin ayrılıqda araşdırılması tövsiyə olunur. Nəticələr ölkədən ölkəyə fərqlənsə də, beynəlxalq səviyyədə müəllim məmnunluğuna ən çox təsir edən əsas amillər aşağıdakılardır:1. rəhbərlik dəstəyi,2. şagird davranışı,3. iş yükü.Bu nəticələr siyasətçilər, məktəb rəhbərləri və ailələr üçün dəyərli tövsiyələr təqdim edir. Müəllim məmnunluğu yalnız siyasətlə deyil, həm də məktəb rəhbərliyi və ailələrin dəstəyi ilə formalaşır. Yaxşı rəhbərlik və əməkdaşlıq mühiti yaratmaqla, məktəblər müəllimlərin motivasiyasını və təhsilin keyfiyyətini artıra bilər.Mənbə: Eryılmaz, N., Kennedy, A., Strietholt, R., Johansson, S., Bäckström, P., & Henry, M. (2025, July). Teacher job satisfaction: International evidence on the associations with teacher workload, school leadership, and student discipline. IEA Compass: Briefs in Education No. 27. Amsterdam: International Association for the Evaluation of Educational Achievement (IEA).

QARABAĞ UNİVERSİTETİNİN TİBB FAKÜLTƏSİNİN KOMANDASI ÜÇÜN TƏLİM

Yüklənir

QARABAĞ UNİVERSİTETİNİN TİBB FAKÜLTƏSİNİN KOMANDASI ÜÇÜN TƏLİM

Qarabağ Universitetinin tibb fakültəsinin komandası üçün təlim keçirilir.

4 avqust, 16:48
QARABAĞ UNİVERSİTETİNDƏ NEÇƏ TƏLƏBƏ TİBB TƏHSİLİ ALACAQ?

Yüklənir

QARABAĞ UNİVERSİTETİNDƏ NEÇƏ TƏLƏBƏ TİBB TƏHSİLİ ALACAQ?

Qarabağ Universitetində neçə tələbə tibb təhsili alacaq?

4 avqust, 16:31
XARİCDƏ TƏHSİL HÜQUQU QAZANAN TƏQAÜDÇÜLƏRİN SİYAHISI

Yüklənir

XARİCDƏ TƏHSİL HÜQUQU QAZANAN TƏQAÜDÇÜLƏRİN SİYAHISI

Xaricdə təhsil hüququ qazanan təqaüdçülərin siyahısı açıqlandı.

4 avqust, 14:37

Populyar xəbərlər

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı
11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi keçən ildən başlayaraq Naxçıvanda da reallaşdırılır. Bu müsabiqədən uğurla keçərək yüksək bal toplayanlar hazırda Muxtar Respublikanın müxtəlif məktəblərində dərs deyirlər."Azərbaycan müəllimi" belə müəllimlərdən biri ilə həmsöhbət olub.Müsahibimiz Günay Qədimova Naxçıvanda MİQ-in test mərhələsində kimya fənnindən 91,75 bal toplayaraq MR üzrə ən yüksək nəticəni göstərib.O, 1994-cü ildə Babək rayonunun Qaraçuq kəndində anadan olub. Orta təhsilini həmin kəndin, daha sonra isə Heydər Əliyev adına tam orta məktəbdə alıb. 2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin "Kimya müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Ötən ildən MİQ vasitəsilə işə qəbul olduğu Babək şəhəri 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır.Deyir ki, müəllim olmağı lap kiçik yaşlarından arzu edib:“Kiçik yaşlarımda bacımla müəllim–şagird oyunu oynamağı çox xoşlayırdım. Elə o vaxtdan bu peşəyə böyük həvəs yaranmışdı. Səbirli və təmkinli xarakterim, uşaqlarla yaxşı dil tapa bilməyim, onların uğurlarını görəndə xoşbəxt olmağım deməyə əsas verir ki, əslində mən dünyaya müəllim olmaq üçün gəlmişəm”.Ailəvi səbəblərə görə universiteti bitirdikdən sonra 9 il təhsildən uzaq qaldığını deyən Günay müəllim bu müddətin içindəki müəllimlik arzusunu azalda bilmədiyini vurğulayır.“Müəllimlərin işə qəbulu imtahanına 1 il yorulmadan hazırlaşdım və məqsədimə nail oldum. İmtahanın test mərhələsində yüksək nəticə göstərərək, həmçinin müsahibə mərhələsində də uğur qazanaraq müəllim adını almağı bacardım”.Müəllim əlavə edir ki, MİQ imtahanının bütün mərhələləri obyektiv, aydın və şəffaf keçirilir:“Bu imtahanın əsas üstünlüyü təhsil sistemində çalışmaq üçün ixtisası üzrə yüksək elmi biliklərə və pedaqoji qabiliyyətə malik kadrların seçimini təmin etməkdir. İmtahanda olarkən diqqətimi suallara yönəltdiyim üçün həyəcanımı hiss etməmişdim. Amma imtahan zalından çıxarkən hamı yaxınlaşıb məni təbrik edəndə çox həyəcanlandım. Uzun müddət təhsildən uzaq qaldığımdan bu nəticəni əldə etmək mənim üçün böyük uğur idi. 1 il hazırlaşmaqla yüksək nəticə əldə edə bilməyim bu imtahanın o qədər də çətin və uğurun əlçatmaz olmadığını göstərdi. Mənim fikrimcə, müəllim peşəsini ürəkdən sevib bu məqsəd üçün çalışan heç kim nəticəsiz qalmaz. Düzünü desəm, uğur qazanacağıma inanmayanlar çox idi. Bəzən onları dinləyəndə ruhdan düşürdüm, amma çox istədiyim üçün özümü toplayıb davam edirdim”.Günay müəllim imtahanda qazandığı uğura görə 31 yanvar 2025-ci ildə Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə əlaqədar təşkil etdiyi mükafatlandırma tədbirində "Gənc müəllim" nominasiyası üzrə təltif edilib. Tədris etdiyi kimya fənninə şagirdlərin marağını artırmaq üçün bir sıra metodlardan istifadə edir:“Şagirdlərimin dərsə marağını artırmaq məqsədilə kimya ilə bağlı müxtəlif layihələr, təcrübələr, pedaqoji üsul və vasitələrdən, həmçinin İKT alətlərindən istifadə edirəm. Şagirdlərimdən biri bu il fənn müsabiqəsində kimya fənni üzrə yarımfinal mərhələsinə keçid almağı bacardı. Şagirdlərimə həm kimya fənnini, həm də özümü bir müəllim kimi sevdirməyi bacarıram. Gənc müəllim olaraq yuxarı sinif şagirdləri ilə də dil tapa bilmək mənim üçün çətin olmadı. Təhsil daim inkişaf edən bir sahədir və müəllim olaraq fəaliyyətimdə bir sıra yeniliklər etməyi planlaşdırıram. Əsas məqsədim şagirdlərin öyrənmə prosesini daha maraqlı, effektiv və gələcəyin tələblərinə uyğun şəkildə təşkil etməkdir”.MİQ imtahanına hazırlaşan namizədlərə isə bunları tövsiyə edir:“Heç nəyin sizi həvəsdən salmasına icazə verməyin. Çox çalışıb ürəkdən istəsəniz, arzularınızı gerçəkləşdirməyə heç nə mane ola bilməz. Biz bu cəmiyyətin təməlini qoyan, gələcəyimiz olan uşaqları formalaşdıran bir missiyanın daşıyıcılarıyıq. Bu yolda hər birinizə uğurlar və tükənməz enerji arzulayıram”.

Qəzetin PDF arxivi

Daha çox göstər
2 avqust 2025-ci il, №28 (9134)
4 avqust, 10:08

2 avqust 2025-ci il, №28 (9134)

26 iyul 2025-ci il, №27 (9133)
28 iyul, 10:12

26 iyul 2025-ci il, №27 (9133)

19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

21 iyun 2025-ci il, №22 (9128)
21 iyun, 09:43

21 iyun 2025-ci il, №22 (9128)

15 iyun 2025-ci il, №21 (9127)
17 iyun, 09:43

15 iyun 2025-ci il, №21 (9127)

Transliterasiya olunmuş "Məktəb" jurnalı
11 iyun, 16:51

Transliterasiya olunmuş "Məktəb" jurnalı

6 iyun 2025-ci il, №20 (9126)
10 iyun, 09:53

6 iyun 2025-ci il, №20 (9126)

31 may 2025-ci il, №19 (9125)
2 iyun, 10:34

31 may 2025-ci il, №19 (9125)

24 may 2025-ci il, №18 (9124)
26 may, 10:29

24 may 2025-ci il, №18 (9124)

17 may 2025-ci il, №17 (9123)
19 may, 10:18

17 may 2025-ci il, №17 (9123)

9 may 2025-ci il, №16 (9122)
12 may, 10:07

9 may 2025-ci il, №16 (9122)

3 may 2025-ci il, №15 (9121)
5 may, 10:12

3 may 2025-ci il, №15 (9121)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.