Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Erasmus” mübadilə proqramı çərçivəsində Fransanın Strasburq universitetində təcrübə keçəcək professor-müəllim heyəti ilə görüşüb.

 

Azərbaycan-Fransa əməkdaşlığının fonunda UFAZ kimi uğurlu layihənin olduğunu diqqətə çatdıran, həmçinin UFAZ-da iki ildə görülən işlərdən və yeni layihələrdən danışan rektor, professor M.Babanlı təhsilin keyfiyyətinin yüksəldilməsinin, maddi-texniki bazanın yaxşılaşdırılmasının, eyni zamanda müəllimlərin hazırlıq səviyyəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə mübadilə proqramlarının xüsusi əhəmiyyətini qeyd edən rektor M.Babanlı müəllimlərin Strasburq Universitetində diqqət yetirməli olduğu sahələrdən bəhs edib.

 

Görüşün sonunda UFAZ müəllimlərini maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki. UFAZ-ın 12 nəfərdən ibarət professor-müəllim heyəti “Erasmus” mübadilə proqramı çərçivəsində iyunun 3-dən 9-dək Fransanın Strasburq Universitetində təcrübə mübdiləsində iştirak edəcək.