Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Rəssamlıq” fakültəsinin tələbələrinin əsərlərindən ibarət açıq havada incəsənət festivalı keçirib. Festivalın əsas məqsədi tələbələrin yaradıcılıq potensialının reallaşdırılması üçün şəraitin yaradılması, onların bədii yaradıcılığının dəstəklənməsi və təbliği, bilik və bacarıqlarınn inkişafı üçün şərait yaratmaqdır.