UNEC xanımların elmi potensialını stimullaşdırmaq məqsədilə müəllimlərin reytinq sisteminin elmi tədqiqat bölümündə qalib olan qadınlar üçün pul mükafatı təsis edəcək. Eyni zamanda, öz elmi tədqiqatı ilə fərqlənən qadın müəllimin 3 ay müddətinə tədqiqatını Avropanın ən nüfuzlu universitetində davam etdirmək imkanı yaradılacaq.