ADNSU və “Vietsovpetro” şirkəti Azad Mirzəcanazdənin yubileyi münasibətilə 3 cildlik kitab nəşr etdirəcəklər


İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Vyetnamın “Vietsovpetro” müştərək şirkətinin qaz obyektlərinin direktoru Do Man Xunq və müşaviri Mübariz Vəliyevlə görüşüb.

 

Vyetnamla əməkdaşlıq əlaqələrindən və birgə layihələrdən danışan rektor, professor M.Babanlı akademik Azad Mirzəcanzadənin 90 illiyi münasibətilə Vyetnam və Azərbaycan dillərində birgə kitabın hazırlanmasından danışıb.

 

Məzunu olduqları ali təhsil ocağını ziyarət etməkdən  məmnunluqlarını deyən qonaqlar akademikin yubileyinə həsr olunan kitabla bağlı hazırlıq işlərindən danışıb və ADNSU ilə hər cür birgə layihələrin keçirlməsində maraqlı olduqlarını vurğulayıblar.

 

Qeyd edək ki, tanınmış akademik Azad Mirzəcanazdənin qarşıdan gələn 90 illik yubileyi münasibətilə ADNSU və Vyetnamın “Vietsovpetro” şirkəti 3 cildlik elmi kitab nəşr etdirəcək.