Sorğuda 138 ölkədən 10 mindən artıq alim iştirak edib


Məlumdur ki, qloballaşma dövründə hər hansı ölkənun dünyadakı yeri artıq ənənəvi meyarlarla - ümumdaxili məhsulun ölçüsü, hərbi üstünlüyü və ya maliyyə resursları ilə deyil, məhz insan kapitalının keyfiyyəti ilə təyin olunur.  İnsan kapitalının ən əhəmiyyətli meyarlarından biri isə  təhsilin  keyfiyyəti ilə bağlıdır. Bu isə  aparıcı milli universitetlərin  beynəlxalq səviyyədə liderlik mövqeyini  müəyyən edir.

 

Böyük Britaniyanın dünyada təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Times Higher Education” (THE)  jurnalının  növbəti  tədqiqatı isə dünyanın lider universitetlərinin reytinqinə həsr olunub.  “Times Higher Education”un  2018-ci il  üzrə dünyanın 100 ən nüfuzlu  universitetinin növbəti reytinq cədvəlinə  8 ildir ki, ardıcıl olaraq  ABŞ-ın Harvard Universiteti başçılıq edir.   Cədvəldə ilk 10 yerdən 8-də Amerika universitetləri yer alıb. Bütövlükdə  reytinqdə  21 ölkədən 100 universitet yer alıb ki, onlardan da 43-ü Birləşmiş Ştatların payına düşür. ABŞ-ın Kaliforniya Universiteti  Los-Anceles Çikaqo Universiteti ilə  birlikdə  2014-cü ildən sonra ilk dəfə ilk 10-luqda yer ala bilib.  Ötən il adıçəkilən reytinqdə  10 universitetlə təmsil olunan Böyük Britaniya builki sıralamada 9 ali məktəblə qərarlaşıb.   Kembric və Oksford universitetləri  ilk 10-luqda müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar.  Rusiya  reytinqdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (33-cü yer) və Moskva Fizika-Texnik İnstitutu (91-100) ilə təmsil olunub.  Beləliklə də MDU  ən yaxşı 50 universitet arasında yer ala bilib.   M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik  V.A.Sadovniçi reytinqin nəticələrini şərh edərək qeyd edib ki,  “biz öz elmi nailiyyətlərimizi bütün dünyada fəal surətdə yaymaqdayıq.  Universitetin beynəlxalq təhsil, elm, texnologiyalar  məkanında öz  iştirakını genişləndirmək üçün çoxsaylı  planları var. Məhz bu amil  MDU-nun bütün dünyada daha artıq dərəcədə tanınmasına və nəticə olaraq beynəlxalq reytinqlərdə mövqelərinin güclənməsinə aparır”.

 

Qeyd edək ki,  “Times Higher Education” dərgisinin hazırladığı dünya universitetlərinin illik reytinq cədvəli hazırda ən nüfuzlu sənəd hesab edilir. İllik reytinq  akademik  cəmiyyətin  yanvar-mart aylarında keçirilmiş  açıq sorğusu əsasında  tərtib edilib.  Builki  sorğuda dünyanın  138 ölkəsindən 10 mindən artıq  nüfuzlu alim iştirak edib.  Tədqiqat  gedişində nüfuzlu alimlərdən  10162 cavab əldə olunub.  Sorğu THE-nin sifarişi ilə  “Elsevier”   kompaniyası tərəfindən aparılıb. Reytinqlə daha ətraflı    www.timeshighereducation.com/world-university-rankings/2018/reputation-ranking səhifəsindən tanış olmaq olar.

 

Rey-tinq

Ali məktəb

Ölkə

Ümumi tələbə sayı

Tələbə-müəllim nisbəti

Əcnəbi tələbələr, faizlə

Qadın-kişi

nisbəti

1.

Harvard University

ABŞ

20,326

8.9

26%

əks olunmayıb

2.

Massachusetts Institute of Technology

ABŞ

11,177

8.7

34%

37 : 63

3.

Stanford University

ABŞ

15,845

7.5

22%

42 : 58

4.

University of Cambridge

Birləşmiş Krallıq

18,389

10.9

35%

45 : 55

5.

University of Oxford

Birləşmiş Krallıq

20,409

11.2

38%

46 : 54

6.

University of California, Berkeley

ABŞ

36,182

13.1

17%

52 : 48

7.

Princeton University

ABŞ

7,955

8.3

24%

45 : 55

8.

Yale University

ABŞ

12,155

4.3

21%

49 : 51

=9.

University of California, Los Angeles

ABŞ

39,279

9.6

17%

53 : 47

=9.

University of Chicago

ABŞ

13,525

6.2

25%

44 : 56

11.

California Institute of Technology

ABŞ

2,209

6.5

27%

31 : 69

12.

Columbia University

ABŞ

26,587

6.1

32%

əks olunmayıb

13.

The University of Tokyo

Yaponiya

26,000

6.7

10%

əks olunmayıb

14.

Tsinghua University

Çin

42,089

13.7

9%

32 : 68

15.

University of Michigan

ABŞ

41,818

8.6

16%

48 : 52

16.

University of Pennsylvania

ABŞ

20,361

6.5

20%

50 : 50

17.

Peking University

Çin

42,136

8.9

16%

47 : 53

=18.

Cornell University

ABŞ

21,850

9.8

24%

49 : 51

=18.

UCL

Birləşmiş Krallıq

30,304

10.5

49%

56 : 44

20.

Imperial College London

Birləşmiş Krallıq

15,857

11.4

55%

37 : 63

21.

Johns Hopkins University

ABŞ

15,498

4.3

24%

52 : 48

=22.

Swiss Federal Institute of Technology Zurich

İsveçrə

19,233

14.6

38%

31 : 69

=22.

University of Toronto

Kanada

69,427

18.7

17%

əks olunmayıb

24.

National University of Singapore

Sinqapur

30,602

17.0

30%

51 : 49

25.

London School of Economics and Political Science

Birləşmiş Krallıq

10,065

12.2

71%

52 : 48

26.

New York University

ABŞ

43,860

9.6

26%

56 : 44

27.

Kyoto University

Yaponiya

22,481

8.7

8%

24 : 76

28.

University of Washington

ABŞ

44,945

11.4

16%

52 : 48

29.

Duke University

ABŞ

15,256

4.5

22%

49 : 51

30.

Carnegie Mellon University

ABŞ

12,676

13.5

45%

39 : 61

31.

University of California, San Diego

ABŞ

29,633

12.8

17%

46 : 54

32.

University of Illinois at Urbana-Champaign

ABŞ

43,402

22.8

23%

46 : 54

=33.

Lomonosov Moscow State University

Rusiya Federasiyası

29,236

7.3

22%

48 : 52

=33.

University of Wisconsin-Madison

ABŞ

38,960

10.7

12%

51 : 49

35.

University of Edinburgh

Birləşmiş Krallıq

26,759

12.5

40%

59 : 41

36.

University of Texas at Austin

ABŞ

48,561

17.1

10%

51 : 49

37.

Northwestern University

ABŞ

17,466

12.8

18%

48 : 52

38.

University of British Columbia

Kanada

51,889

18.1

29%

54 : 46

39.

Paris Sciences & Lettres – PSL University

Fransa

19,978

10.1

25%

əks olunmayıb

40.

University of Hong Kong

Honkonq

18,364

18.0

42%

54 : 46

41.

McGill University

Kanada

30,940

13.3

26%

57 : 43

42.

King’s College London

Birləşmiş Krallıq

23,207

12.0

41%

62 : 38

43.

École Polytechnique Fédérale de Lausanne

İsveçrə

9,928

11.2

55%

28 : 72

=44.

University of California, San Francisco

ABŞ

əks olunmayıb

əks olunmayıb

əks olunmayıb

əks olunmayıb

=44.

Georgia Institute of Technology

ABŞ

20,773

20.7

27%

31 : 69

46.

Seoul National University

Cənubi  Koreya

26,470

12.6

11%

əks olunmayıb

=47.

University of California, Davis

ABŞ

37,365

13.8

10%

56 : 44

=47.

University of Melbourne

Avstraliya

42,116

26.6

40%

55 : 45

49.

LMU Munich

Almaniya

36,091

15.6

15%

61 : 39

50.

Pennsylvania State University

ABŞ

45,411

15.2

14%

46 : 54

51-60.

Delft University of Technology

Niderland

17,057

19.6

27%

28 : 72

51-60.

KU Leuven

Belçika

44,412

37.1

15%

50 : 50

51-60.

Heidelberg University

Almaniya

28,876

23.2

17%

55 : 45

51-60.

University of Manchester

Birləşmiş Krallıq

35,318

14.6

38%

52 : 48

51-60.

University of Minnesota

ABŞ

60,949

17.4

11%

51 : 49

51-60.

Nanyang Technological University

Sinqapur

25,499

16.3

31%

48 : 52

51-60.

National Taiwan University

Tayvan

31,758

11.5

8%

40 : 60

51-60.

University of North Carolina at Chapel Hill

ABŞ

34,684

9.7

8%

56 : 44

51-60.

Purdue University

ABŞ

38,770

17.4

23%

42 : 58

51-60.

Sorbonne University

France

Fransa

əks olunmayıb

əks olunmayıb

əks olunmayıb

əks olunmayıb

61-70.

University of Amsterdam

Niderland

23,495

12.3

12%

57 : 43

61-70.

Australian National University

Avstraliya

15,986

19.3

35%

52 : 48

61-70.

University of California, Santa Barbara

ABŞ

23,054

28.1

14%

52 : 48

61-70.

Hong Kong University of Science and Technology

Honkonq

10,214

23.1

31%

əks olunmayıb

61-70.

Humboldt University of Berlin

Almaniya

32,172

56.5

17%

əks olunmayıb

61-70.

Karolinska Institute

İsveç

7,424

10.9

19%

68 : 32

61-70.

Michigan State University

ABŞ

44,556

17.0

17%

51 : 49

61-70.

Ohio State University

ABŞ

53,190

12.7

13%

49 : 51

61-70.

University of Southern California

ABŞ

38,380

12.8

23%

53 : 47

61-70.

Technical University of Munich

Almaniya

38,689

54.4

23%

34 : 66

71-80.

Brown University

ABŞ

8,898

10.7

20%

əks olunmayıb

71-80.

Chinese University of Hong Kong

Honkonq

18,072

17.3

31%

əks olunmayıb

71-80.

Korea Advanced Institute of Science and Technology (KAIST)

Cənubi  Koreya

9,464

10.6

9%

20 : 80

71-80.

Leiden University

Niderland

24,825

18.2

12%

57 : 43

71-80.

University of Maryland, College Park

ABŞ

31,772

16.5

10%

48 : 52

71-80.

Sungkyunkwan University

Cənubi  Koreya

24,055

19.6

12%

42 : 58

71-80.

University of Sydney

Avstraliya

44,553

21.6

32%

57 : 43

71-80.

Texas A&M University

ABŞ

56,245

23.6

9%

48 : 52

71-80.

Tokyo Institute of Technology

Yaponiya

9,570

7.3

13%

14 : 86

71-80.

Zhejiang University

Çin

50,051

14.1

6%

22 : 78

81-90.

Arizona State University

ABŞ

44,475

20.1

19%

43 : 57

81-90.

Free University of Berlin

Almaniya

34,114

57.0

21%

59 : 41

81-90.

Fudan University

Çin

32,859

12.1

10%

51 : 49

81-90.

Indiana University

ABŞ

66,835

14.1

15%

52 : 48

81-90.

Osaka University

Yaponiya

23,256

9.5

10%

31 : 69

81-90.

University of Science and Technology of China

Çin

16,032

8.2

3%

əks olunmayıb

81-90.

Shanghai Jiao Tong University

Çin

37,288

12.4

6%

41 : 59

81-90.

Tohoku University

Yaponiya

17,494

5.5

10%

26 : 74

81-90.

Utrecht University

Niderland

31,522

15.2

7%

59 : 41

81-90.

University of Warwick

Birləşmiş Krallıq

18,424

13.0

39%

48 : 52

81-90.

Washington University in St Louis

ABŞ

12,600

7.5

17%

əks olunmayıb

91-100.

Boston University

ABŞ

24,833

8.6

25%

60 : 40

91-100.

University of Colorado Boulder

ABŞ

30,780

16.3

10%

44 : 56

91-100.

University of Copenhagen

Danimarka

30,395

4.1

14%

58 : 42

91-100.

École Polytechnique

France

Fransa

2,799

5.1

36%

21 : 79

91-100.

Hebrew University of Jerusalem

İsrail

17,454

11.2

5%

55 : 45

91-100.

University of Helsinki

Finlandiya

22,532

16.2

6%

65 : 35

91-100.

Indian Institute of Science

Hindistan

3,550

8.4

1%

21 : 79

91-100.

Moscow Institute of Physics and Technology

Rusiya Federasiyası

5,761

8.7

12%

20 : 80

91-100.

University of Pittsburgh

ABŞ

26,367

5.9

10%

52 : 48

91-100.

Rutgers, the State University of New Jersey

ABŞ

43,439

11.1

10%

52 : 48

91-100.

RWTH Aachen University

Almaniya

43,721

57.7

18%

32 : 68

91-100.

Uppsala University

İsveç

25,174

17.3

11%

57 : 43

91-100.

Wageningen University & Research

Niderland

12,326

19.7

29%

55 : 45

91-100.

University of Zurich

İsveçrə

26,363

5.9

20%

57 : 43

 

 

Oruc MUSTAFAYEV