Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə ədəbiyyat fənnindən “Qarabağda yetişən dahilər” adlı “açıq dərs” keçirilib.

 

Məktəbin VI sinfində Şəbnəm Ələkbərli tərəfindən keçilən dərsdə şagirdlər “Romantiklər”, “Filosoflar” və “Humanistlər” adlı 3 qrupa bölünüblər.

 

“Ağabəyim ağa kimdir?” tədqiqat sualını şagirdlər qruplar şəklində cavablandırıblar.

 

Sonda Ş.Ələkbərlinin  keçdiyi “açıq dərs” müzakirə  olunub. Məktəbin direktoru Nərgiz Əmiraslanova və fənn müəllimləri dərsin yaxşı təşkil olunduğunu və şagirdlərin ədəbiyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.

 

Raminə MƏMMƏDOVA,

Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə  əlaqələr üzrə məsul şəxsi