Maks Plank İnstitutunun mühəndisləri insanın bədənində əlavə nişanlar olmadan onun 3D-modelini yaratmağa və bir kameranın köməyilə hərəkətləri təqlid etməyə imkan verən texnologiyanı nümayiş etdiriblər.

 

www.nanonewsnet.ru saytının məlumatına görə, kameranın qarşısında “T” vəziyyətində bir neçə dəfə gəzişmək lazımdır ki, texnologiya insanın fiqurunu və yerişini qeydə alsın. Gələcəkdə bu kameradan istifadə edərək, bir anda 3D-səhnələr və animasiyalar yaratmaq, videoçarxlarda fonu dəyişdirmək və əlavə reallıq təsvirləri yaratmaq mümkün olacaq.

 

Yusif ƏLİYEV