İyunun 21-də təhsil naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə Azərbaycan və AİB arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verilib.