İyulun 13-də Azərbaycan Dillər Universitetinin “Multikulturalizm” elmi-tədqiqat laboratoriyasında “İtaliya və Brazilyanın multikulturalizm modelləri” adlı tədbir keçirilib. Tədbirdə Brazilyanın Darsi Ribeiro Universitetinin professoru Leila Bexos, İtaliyanın Sapienza Universitetinin doktoru, türkoloq Federiko Renzi və digər qonaqlar iştirak edib.

 

Tədbirdə çıxış edən professor Leila Bexos deyib ki, Azərbaycana səfərinin əsas məqsədi Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini araşıdırmaq, Azərbaycanın multikulturalizm modelini daha dərindən  mənimsəməkdir.  Qonaq bildirib ki, Azərbaycan bu sahədə xeyli inkişaf edib. Leila Bexos əlavə edib ki, Azərbaycan multikulturalizmi ilə bağlı artıq xeyli məlumat toplayıb və burada öyrəndiklərini ölkəsində tətbiq etmək niyyətindədir.

 

İtaliyadakı multikultural şəraitdən söz açan türkoloq Federiko Renzi Azərbaycanın multikulturalizm sahəsində nümunəvi modelə sahib olduğunu deyib. Federiko Renzi Azərbaycan dövlətinin bu istiqamətdəki addımlarını yüksək qiymətləndirdiyini söyləyib.

 

Tədbirdə xüsusi  qeyd edilib ki, Azərbaycan multikuralizm ölkəsi kimi bütün dünyada tanınır, Azərbaycanın multikulturalizm modeli bir çox ölkələr üçün nümunədir.