Pekin xəstəxanalarından birində hazırlanmış “BioMind” süni intellekti beyin şişinin müəyyənləşdirilməsində təcrübəli həkimləri üstələyib.

 

www.life.ru saytının məlumatına görə, rəqəmsal doktora və 15 aparıcı həkimə beyin şişinin olduğu ehtimal edilən 225 xəstənin kartoçkası təqdim edilib. Neyroşəbəkə xəstəliyi 83 faiz dəqiqliklə aşkarladığı halda, həkimlər bu vəzifənin öhdəsindən 63 faiz dəqiqliklə gəliblər. Bundan başqa, “BioMind” süni intellekti 225 tibbi kartoçkanın öyrənilməsinə 15 dəqiqə sərf edib, həkimlər isə diaqnozlaşdırma ilə, təxminən, 30 dəqiqə məşğul olublar.

 

Neyroşəbəkəyə xəstəliklərə diaqnoz qoymağı öyrətmək üçün ona Çin xəstəxanalarının arxivindən minlərlə kartoçka göstərilib.