Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Sinqapur Milli Universitetinin Riyaziyyat İnstitutunun dəvəti ilə bu ali məktəbdə elmi ezamiyyətdə olub. Azərbaycanlı alim Sinqapur Milli Universitetinin riyaziyyat və statistika instutlarının birgə seminarında “Ehtimal nəzəriyyəsinin müasir problemləri və tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. O, funksional nəzəriyyə və harmonik analiz, riyazi statistikanın müasir problemləri, ehtimal nəzəriyyəsi sahəsindəki son nəticələrə dair məlumat verib.

 

Tədbirdə, həmçinin tanınmış riyaziyyatçı Luiz Çen ilə birgə elmi araşdırmalar aparmağa dair razılığa gəlinib.