Smartfonlar üçün fotomodulların ən böyük istehsalçılarından biri olan “Sony” şirkəti “IMX586” adlı yeni “CMOS” sensorunu təqdim edib. Şirkətin mütəxəssisləri iddia edirlər ki, rekord təsvir ölçüsünə malik yeni sensor güzgülü kameraların modullarına rəqib olacaq.

 

www.4pda.ru saytının məlumatında bildirilir ki, “IMX586” sensoru dünyada ən kiçik piksellərə (0,8 nanometr) malikdir. Bu, standart modulda 8000x6000 təsvir ölçüsündə (48 meqapiksel) şəkil çəkməyə imkan verəcək. Adətən pikselin ölçüsünün azaldılması çəkilişin keyfiyyətinə mənfi təsir edir, çünki ona daha az işıq düşür. Lakin “Sony” şirkətinin mütəxəssisləri “Quad Bayer” adlı piksellərin yerləşməsi sxemi sayəsində bu məhdudiyyəti keçməyə müvəffəq olublar.

 

Bundan başqa, şirkət kameranın modulunda ekspozisiyanın idarə edilməsi və siqnalın işlənməsi texnologiyaları sayəsində istifadəçilərə şəkillərin yüksək keyfiyyətli olacağına dair söz verib. Bu, sensorun dinamik diapazonunu 4 dəfə yüksəltməyə imkan verir.

 

Yeni modul cari ilin sentyabr ayında satışa çıxarılacaq. Lakin “Sony IMX586” əsaslı ilk qurğuların bazara çıxarılma tarixi hələ ki, məlum  deyil.