ABŞ alimləri işıqforların istismarından imtina etməyin mümkün olacağı sistem hazırlayıblar. Bu sistem avtomobilin digər nəqliyyat vasitələri ilə əlaqəni nizamlamasını təmin edəcək.

 

www.belta.by saytının məlumatında  bildirilir   ki,   siqnallarla mübadilə üsulu yol  hərəkətini nizama salacaq və yolda vaxta qənaət etməyə imkan verəcək.

 

Qeyd edək ki, layihənin kütləvi işə salınma tarixi müəyyən edilməyib. Bunun səbəbi hələ ki, piyadalar üçün bu kimi siqnalları qəbul etmək imkanının yaradılmamasıdır. Lakin bu funksiya artıq pilotsuz avtomobillərdə mövcuddur.