Rusiyanın Maarif Nazirliyi və Milli Valideyn Assosiasiyası valideynlərə informasiya dəstəyinin göstərilməsi üçün onlayn mərkəz təsis edib. Yeni portal valideynlər üçün müxtəlif təşkilat, informasiya-maarifçilik resursları və tədbirlər üzrə naviqator funksiyası daşıyır. Portal valideynlərə təhsil sisteminin detallarını çatdırmaqda kömək edəcək.

 

Yeni saytın bölmələri arasında - “Xəbərlər”, “Məsləhətlər və valideynlərə tövsiyələr”, “Mərkəzlər və valideyn maarifləndirici proqramları”, “Müsabiqələr” və “Valideynlər üçün sorğular”ı qeyd etmək olar. “Portalda ailə və təhsil hüququ üzrə, uşaqlara onların həyatına təhlükə törədən vəziyyətlərdə necə kömək etmək barədə məsləhətlər almaq, hadisələrin təqvimi ilə tanış olmaq və sorğularda iştirak etmək mümkündür”, - Rusiya Maarif Nazirliyinin mətbuat xidmətindən bildiriblər.