Bakı Biznes Universitetinin koordinator olduğu EQAC Erasmus Pulus layihəsinin növbəti təlim yığıncağı İsveçin Stokholm şəhərində təşkil edilib.Təlimlərin ilk günündə İsveçin KTH Kral Texnologiya Universitetinin vitse prezidenti Stefan Ostlund Azərbaycan ali məktəblərindən olan heyəti qəbul edib və universitetin kefyifiyyətin təminatı sahəsində gördüyü işlər barəsində məlumat verib. 6 gün davam edəcək təlimlərdə  KTH Kral Texnologiya Universiteti partnyor universitetlərə Beynəlxalqlaşma siyasəti, keyfiyyətə təminat siyasəti mövzularında təlimlər keçərək təcrübələrini bölüşəcək.

 

Məlumat üçün bildirək ki, “Naxçıvan” Universitetini təlimdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Keyfiyyətə Nəzarət bölməsinin mütəxəssisi Könül Babayeva təmsil edirlər.