Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin avqust ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 9 161 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 626 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4 038 vətəndaş müraciəti daxil olub. 270 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

 

Vətəndaşların Qəbulu Mərkəzində 1 616 sənəd (vətəndaşlar tərəfindən 508 ərizə, Təhsil Nazirliyindən 183, digər qurumlardan 130, məktəblərdən 237 məktub, 37 strukturdaxili yazışma və 521 kadr ərizəsi)  qəbul olunub  və qeydiyyata alınıb. Həmçinin, 611 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul  və digər məsələləri əhatə edib.