Bu vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

 

Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrində təhsil almaq istəyənlərin bu gün saat 23:59-a qədər vaxtı var.

 

İxtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

 

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

 

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.