Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2- qrant müsabiqəsi çərçivəsində icra olunan layihənin yekun-hesabat tədbiri


Azərbaycan Respublikası Təhsıl Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-cı qrant müsabiqəsi çərçivəsində icra olunan “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsinin  yekun-hesabat və təltifetmə tədbiri keçirilib. Sentyabrın 2-də Sumqayıt şəhər Təhsil Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın Çağırışaqədərki hazırlıq rəhbəri Vasif Ramazanov layihənin məqsədi və vəzifələri, görülmüş işlər, gözlənilən nəticələr barədə ətraflı məlumatl verib.

 

Layihənin məqsədinin Sumqayıt şəhərinin GÇH  müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün  geniş spektrli pedaqoji  mentor dəstəyinin təmin edilməsi olduğu bildirilib.   Sonra layihə çərçivəsində GÇH və İKT üzrə mentor dəstəyi təlimləri keçmiş müəllimlərin sertifikatları təqdim edilib.

 

Layihə çərçivəsində elan olunmuş daxili müsabiqə nəticələrinə görə “Ən yaxşı elektron dərs” nominasiyasının qalibləri diplomlarla təltif olunub. Layihənin icrası zamanı dəstək göstərmiş şəxslərə təşəkkürnamələr verilib.

 

Tədbirdə çıxış edənlər layihənin əhəmiyyəti barədə fikirlərini söylədilər.Layhə çərçivəsində çap olunmuş Çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsait və layihənin saytı iştirakçılara təqdim olunub . Layihənin uğurlu şəkildə həyata keçirilməsi GÇH  müəllimlərinin peşəkar inkişafına, fənnə qarşı məsuliyətin artmasına, şagirdlərin çağırışaqədərki hazırlıq mərhələlərini düzgün icra etməyə zəmin yaradacaqdır.