Tədbir "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı qrant layihəsi çərçivəsində baş tutub


Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi olan "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı layihə çərçivəsində məktəblilərin peyntbol üzrə turniri çərçivəsində növbəti tədbir keçirilib.

 

Layihənin rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Ayaz Qədirov açılış mərasimində layihə barədə məlumat verərək bildirib ki, məqsəd gənclərin hərbi vətənpərvərik ruhunda tərbiyə olunması, hərbin sirlərini şagirdlərə əyləncəli oyunlar vasitəsilə təbliğ etməkdir.

 

Turnirdə Quba rayonunun Qəcərzeyid, Talabıqışlaq, Qırmızı qəsəbə və Qəçrəş kənd məktəblərində təhsil alan məktəblilər mübarizə aparıblar. Gərgin və maraqlı keçən yarışda Qəçrəş kənd tam orta məktəbinin “Qarabağ” komandası qalib adını qazanıb. Qəzərzeyid kənd tam orta məktəbinin “Gürzə” komandası ikinci, Talabıqışlaq kənd tam orta məktəbinin “Kobra” komandası isə üçüncü mükafata sahib olub.

 

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.