Məzunların işlə təmin olunma səviyyəsinə görə universitetlərin reytinqi açıqlanıb


Müasir dünyanın çağırışları şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlilik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb.  Hansı universitetin məzunları əmək bazarının tələblərinə daha uyğundur?  İşəgötürən hansı universitetlərin məzunları arasında özünə layiq bildiyi mütəxəssisi axtarıb tapa bilər?   Hansı universitetlərdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?  Bütün bu suallara Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkəti özünün sentyabrın 11-də açıqladığı dünya universitetlərinin məzunlarının işlə təmin olunma keyfiyyəti üzrə  növbəti  reytinqində (QS Graduate Employability Ranking 2019) aydınlıq gətirməyə çalışıb.  Tədqiqatın arayış hissəsində qeyd olunur ki, dünyanın ən yaxşı universitetlərinin çoxunun hər il yüksək nailiyyətləri olan məzunlar buraxmasına baxmayaraq, işəgötürənlər tez-tez   narahatlıqla bildirirlər ki,  akademik müəssisələr öz tələbələrini əmək bazarına hazırlamaq üçün kifayət qədər iş görmür.    Məzunları əmək bazarında asanlıqla iş tapan  ali məktəblərin  siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir.  Dünyanın ən nüfuzlu texnologiya yönümlü ali məktəbinin məzunlarına əmək bazarında xüsusi  tələbat var.  MIT bu il məzunların işlə təmin edilməsi keyfiyyətinə görə 4 pillə önə keçərək bu kateqoriyada ən yaxşı ali məktəb statusunu qazanıb.  Ali məktəb həm də dünyanın ən yaxşı universitetlərinin qlobal reytinqinə də başçılıq edir.

 

Reytinqdə maraqlı məqamlar da var. Dünya reytinqində 42-ci yerdə olan Avstraliyanın Sidney Universiteti məzunlarının işlə təmin olunmasına görə sıralamada 5-ci yerdədir. Bu onu göstərir ki,  Avstraliya universitetləri məzunların əmək bazarında işlə təmin olunması yönündə daha yaxşı işləyirlər. M.V.Lomonosov  adına Moskva Dövlət Universiteti reytinqin iki ən əhəmiyyətli  - “Məzunların müvəffəqiyyəti” (top-20) və “İşə götürənlər  arasında nüfuzu” (59 yer) göstəricilərinə görə  dünyanın ən yaxşı ali məktəblərinin top-100-lüyünə düşə bilib.  İkinci göstərici üzrə  MDU ötən illə müqayisədə 5 pillə irəliləyib. “MDU-nun məzunları dünyanın ən uğurluları arasındadır.  Məzunların işlə təmin olunma reytinqində MDU-nun mövqeyi,  işəgötürənlər arasında nüfuzu ildən ilə güclənir.  Bu, onu deməyə əsas verir ki, universitet düzgün yoldadır. MDU-nun bazasında Rusiyanın  işəgötürənlərin, tələbələrin, aspirant və gənc əməkdaşların başlıca görüş yeri olan ən qədim elm parkı yerləşir. MDU ölkənin və dünyanın öz sahələrində lider olan  ən nəhəng işəgötürən şirkətləri ilə əməkdaşlıq edir.  Universitet Alibaba qrupu ilə tərəfdaş olan ilk Rusiya ali məktəbidir”, - deyə MDU-nun rektoru, akademik V.Sadovniçi reytinqin nəticələrini şərh edib.   Tədqiqatın metodologiyası QS-in digər reytinqlərindən əhəmiyyətli dərəcədə fərqlənir, çünki  burada   əsasən başlıca meyar  “İşə götürənlərin arasında nüfuz”  (30%) hesab olunur,  həmçinin “İşə götürənlərlə əməkdaşlıq”  (25%) və “Məzunların müvəffəqiyyəti” (25%) göstəriciləri  də böyük çəkiyə malikdir. Reytinqlə daha ətraflı  www.topuniversities.com/university-rankings/employability-rankings/2019 səhifəsindən tanış olmaq olar.

 

Reytinq

Ali məktəbin adı

Ölkə

1

Massachusetts Institute of Technology (MIT)

ABŞ

2

Stanford University

ABŞ

2

University of California, Los Angeles (UCLA)

ABŞ

4

Harvard University

ABŞ

5

The University of Sydney

Avstraliya

6

The University of Melbourne

Avstraliya

7

University of Cambridge

Böyük Britaniya

8

University of California, Berkeley (UCB)

ABŞ

9

Tsinghua University

Çin

10

University of Oxford

ABŞ

11

New York University (NYU)

ABŞ

12

University of Toronto

Kanada

13

The University of Hong Kong

Honkonq

14

Yale University

ABŞ

15

ETH Zurich - Swiss Federal Institute of Technology

İsveçrə

15

Princeton University

ABŞ

17

Columbia University

ABŞ

18

UCL (University College London)

Böyük Britaniya

19

The University of Tokyo

Yaponiya

20

Peking University

Çin

21

Cornell University

ABŞ

22

University of Chicago

ABŞ

23

Seoul National University

Cənubi Koreya

24

University of Pennsylvania

ABŞ

25

University of Michigan

ABŞ

25

University of Waterloo

Kanada

26

Fudan University

Çin

27

Waseda University

Yaponiya

28

The University of New South Wales (UNSW Sydney)

Avstraliya

30

Ecole Polytechnique

Fransa

31

KIT, Karlsruhe Institute of Technology

Almaniya

32

Northwestern University

ABŞ

33

Imperial College London

Böyük Britaniya

33

National University of Singapore (NUS)

Sinqapur

34

Duke University

ABŞ

35

The University of Manchester

Böyük Britaniya

36

Politecnico di Milano

İtaliya

37

Pontificia Universidad Católica de Chile (UC)

Çili

38

University of British Columbia

Kanada

38

Zhejiang University

Çin

40

Carnegie Mellon University

ABŞ

41

Delft University of Technology

Niderland

41

Purdue University

ABŞ

42

Shanghai Jiao Tong University

Çin

43

Brown University

ABŞ

44

Georgia Institute of Technology

ABŞ

45

American University of Beirut (AUB)

Livan

46

Keio University

Yaponiya

47

University of Bristol

Böyük Britaniya

48

The University of Queensland

Avstraliya

49

London School of Economics and Political Science (LSE)

Böyük Britaniya

49

University of Texas at Austin

ABŞ

51

Kyoto University

Yaponiya

52

Johns Hopkins University

ABŞ

52

Instituto Tecnológico y de Estudios Superiores de Monterrey

Meksika

53

University of Leeds

Böyük Britaniya

55

University of Wisconsin-Madison

ABŞ

56

University of Southern California

ABŞ

57

The University of Edinburgh

Böyük Britaniya

58

King's College London

Böyük Britaniya

59

Monash University

Avstraliya

60

RWTH Aachen University

Almaniya

61

Boston University

ABŞ

61

University of Navarra

İspaniya

61

University of Washington

ABŞ

64

University of Technology Sydney

Avstraliya

65

Tokyo Institute of Technology

Yaponiya

66

University of Nottingham

Böyük Britaniya

67

CentraleSupélec

Fransa

67

Universidade de São Paulo

Braziliya

67

University of Illinois at Urbana-Champaign

ABŞ

67

University of North Carolina, Chapel Hill

ABŞ

70

Osaka University

Yaponiya

71

California Institute of Technology (Caltech)

ABŞ

71

The University of Auckland

Yeni Zelandiya

73

The Australian National University

Avstraliya

74

University College Dublin

İrlandiya

75

The University of Warwick

Böyük Britaniya

76

KAIST - Korea Advanced Institute of Science & Technology

Cənubi Koreya

78

Technische Universität Darmstadt

Almaniya

79

KTH Royal Institute of Technology

İsveç

79

Sungkyunkwan University (SKKU)

Cənubi Koreya

81

National Taiwan University (NTU)

Tayvan

82

Universitat de Barcelona

İspaniya

83

Durham University

Böyük Britaniya

85

RMIT University

Avstraliya

86

Chalmers University of Technology

İsveç

87

University of Alberta

Kanada

88

Technische Universität Berlin (TU Berlin)

Almaniya

89

The Ohio State University

ABŞ

90

University of Zurich

İsveçrə

91

Université PSL

Fransa

92

Universidad Politécnica de Madrid

İspaniya

93

McMaster University

Kanada

93

Yonsei University

Cənubi Koreya

95

Nagoya University

Yaponiya

96

Washington University in St. Louis

ABŞ

97

Arizona State University

ABŞ

98

Sapienza University of Rome

İtaliya

99

University of Birmingham

Böyük Britaniya

100

Lomonosov Moscow State University

Rusiya

 

Oruc MUSTAFAYEV