Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbinin IX sinif şagirdləri çörək zavoduna ekskursiyaya gediblər.Təhsil şöbəsindən aldığımız  məlumata görə, ekskursiyanın əsas məqsədi şagirdləri çörəkbişirmə prosesi ilə tanış etmək, onlarda iqtisadiyyata, təbiətə maraq oyatmaq və sərvətlərdən düzgün istifadə etməyi öyrətmək olub.

 

Ekskursiya zamanı zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat verib. Şagirdlər zavodda “Un və un məhsullarının hazırlanması” və “Texniki təhlükəsizlik” mövzuları üzrə məlumatlar əldə edib, müasir çörəkbişirmə texnikası ilə tanış olublar.

                                                                              

Şakir CƏFƏROV