Saatlı Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman   İdarəsi və  Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib.

 

Təhsil şöbəsindən   verilən məlumata görə, tədbir iştirakçıları öncə umummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

 

Yürüşdə rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət velosipedçilər iştirak ediblər.

 

Mərkəzi meydandan start götürən veloyürüş Heydər Əliyev prospekti, Həsən bəy Zərdabi küçəsi, Bayraq Meydanı ilə davam edib və Heydər Əliyev Parkı önündə başa çatıb.

 

Şakir CƏFƏROV