Tədbirdə “Gənc Mühəndis Əbdülməcid Axundov” mükafatı da təqdim olunub


Oktyabrın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhid olmuş məzunları haqqında çəkilən “Aprel Günəşi” və ”Dərdim nurludur – Mahir Quliyev” filminin təqdimatı keçirilib.

 

Əvəllcə tədbir iştirakçıları universitetin həyətində Şəhidlərin xatirəsinə ehtiram olaraq ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov  universitetdə vətənpərvərlik ruhunda aparılan tərbiyəvi işlərdən, şəhidlərin  gələcək nəsillərə tanıdılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

 

Daha sonra Aprel şəhidi, AzTU-nun Elrktrotexnika  və energetika  fakültəsinin məzunu Əbdülməcid Axundovun adına təsis edilmiş “Gənc Mühəndis Əbdülməcid Axundov” mükafatının təqdimatı olub.

 

“Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təsis edilən və ənənəvi olaraq hər il verilən mükafat bir vaxtlar Əbdülməcid Axundovun təhsil aldığı fakültənin  təhsildə yüksək göstəricisi olan tələbəsi Sənan Çərkəzliyə təqdim olunub.Sənan Çərkəzliyə mükafatı təqdim edən Əbdülməcid Axundovun anası Ceyran Axundova şəhid məzunlarına həsr olunmuş tədbirə görə universitet rəhbərliyinə və “Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyinə təşəkkürünü bildirib.

 

Sonra AzTU-nun məzunları, Aprel şəhidləri Müşviq Orucova həsr edilən “Aprel Günəşi” və Mahir Quliyev   haqqında çəkilən “Dərdim nurludur – Mahir Quliyev” sənədli filmlər nümayiş olunub. Filmlərdə hər iki şəhidin döyüşdə göstərdikləri qəhrəmanlıqlardan bəhs olunur.