“Distant təhsil üzrə hələ də “Harvardlar” yoxdur və hazırda onların formalaşması prosesi gedir. Azərbaycanın bu istiqamətdə şansını yüksək qiymətləndirir və bu proseslərə qoşulmasını ölkəmizdə xüsusilə ali təhsilin gələcəyi üçün zəruri hesab edirik. UNEC-də distant təhsilin tətbiqi üçün zəruri sistemin - Rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf etdik. Artıq bütün işlər uğurla tamamlanmışdır”.

 

Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov rəsmi facebook səhifəsində paylaşıb.

 

Professor bildirib ki, ilk olaraq, 2014-cü ildə təhsil nazirinin tövsiyələrinə əsasən, distant təhsillə bağlı ciddi araşdırmalara və müzakirələrə başlayıblar. “Biz mövcud LMS-lərdən istifadə etməməyi və UNEC-in özünün LMS-ini yaratmağa qərar verdik. Ən qısa vaxtda, yəni 2015/16-cı tədris ilində UNEC-də “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”ni (LMS) pilot qaydasında istifadəyə verdik. EduMan UNEC məhsuludur və UNEC-ə məxsusdur. Növbəti mərhələdə EduMan-in ixracını hədəfləyirik”-deyə Ə.Muradov qeyd edib.