Sumqayıt Dövlət Universiteti (SDU) başa çatmış imtahanların nəticəsinə dair məlumat açıqlayıb.

 

Bildirilib ki, 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında 5745 bakalavr iştirak edib, onlardan 3835 tələbə imtahanları müvəffəqiyyətlə başa vurub, 1910 tələbənin isə akademik borcu yaranıb ki, bu da müvəffəqiyyət göstəricisinin 67% olması ilə nəticələnib. Əvvəlki tədris ilinin imtahan nəticələrinə uyğun müvəffəqiyyət göstəricisi isə 90% olub.

 

Akademik borcu yaranan tələbələrdən 1 və bəzilərində 2 imtahan olmaqla, ümumilikdə 2388 nəfər təkrar imtahanda iştirak edib.

 

1278 nəfər tələbənin Apelyasiyaya müraciəti qeydə alınıb.