Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bu ilin fevral ayı üçün tanınma üzrə müraciətlərin statistikasını təqdim edib. 

 

Agentlikdən bildirilib ki, fevral ayı üzrə 265 müraciətçinin 244-ü barədə müsbət qərar verilib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. 21 nəfərin müraciəti isə mənfi cavablandırılıb.

 

Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi səbəbi ilə 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, təhsil forması səbəbilə 1 müraciətə mənfi cavab verilib.  

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 77, Rusiya Federasiyasından 69, Türkiyədən 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 6, Amerika Birləşmiş Ştatlarından 4, Belçikadan 2, Çin Xalq Respublikasından 2, Belarus, Fransa, Hindistan, İsveç, Kipr, Litva, Polşa, Slovakiya ölkələrinin isə hər birindən  1 müraciət daxil olub.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciət qeydə alınıb.