Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olub.

 

Səfər çərçivəsində keçirilən Rektorlar Konfransında dünyanın müxtəlif ölkələrindən 20-ə yaxın aqraryönümlü universitetlərin rektorları iştirak ediblər.
 

Konfrans zamanı birgə elmi-tədqiqat, layihə, eyni zamanda ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
 

Həmçinin, Z.Qurbanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində magistratura səviyyəsində təhsil alan ADAU məzunları ilə görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb.


Qeyd edək ki, ADAU ilə Almaniyanın ali təhsil müəssisələri ilə geniş təcrübə mübadiləsi həyata keçirilir. Universitetin “Menecment” (alman proqramı) ixtisasında təhsil alan onlarla tələbə hər il Almaniyaya Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinə magistratura təhsili almaq üçün gedir.