Sumqayıt Dövlət Universitetinin (SDU) təbiət elmləri və mühəndislik fakültələrinin “Kimya”, “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan IV kurs əyani və V kurs qiyabi şöbələrinin tələbələri Polimer Materialları İnstitutunda istehsalat təcrübəsi keçirlər.

 

Təcrübə prosesində 6 qrup şəklində bölünən 82 tələbəyə institutun Hеtеrоtsiklik monomerlər, Poliefir- və polikarbonat materiallar, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı, Nanopolimer kompozitlər laboratoriyaları, Fiziki-kimyəvi analiz, Polimer materiallarının fiziki-mexaniki tədqiqatları, Texniki - iqtisadi hesablamalar və layihələndirmə şöbələrində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, onların təyinatı haqqında məlumatlar verilir, aparılan elmi tədqiqatlara uyğun tərcübələr nümayiş etdirilir, təhsil  müddətində əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişləri formalaşdırmaq şəraiti yaradılır. 

 

Tələbələrin təcrübə müddəti 24 may tarixinə qədər davam edəcək.