Neft-Kimya Prosesləri İnstitutunda müsabiqə keçirilib


Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru akademik Vaqif Abbasov bildirib ki, iclasın əsas məsələsi

 

“Ekoloji problemlərə həsr olunmuş ən yaxşı elmi layihə” adlı müsabiqənin qaliblərinin seçilməsidir.

 

Akademik qeyd edib ki, müsabiqəyə layihələrin qəbulu 11 mart tarixinədək aparılıb və ümumilikdə 7 layihə təqdim olunub. Qaliblərin seçilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.

 

İnstitutun baş direktoru təklif edib ki, 1-ci yeri qazanmış layihəyə 3000, 2-ci yeri qazanmış layihəyə 2000, 3-cü yeri qazanmış layihəyə 1000, digər layihələrə isə 500 manat məbləğində pul mükafatı ayrılsın.

 

Vaqif Abbasov layihələr haqqında öz fikirlərini bölüşüb, uğur qazanan layihə iştirakçılarını təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, gələcəkdə də bu cür müsabiqələrin keçiriləcəyini və gənclərin elmin inkişafında iştiraklarına daha çox şərait yaradılacağını vurğulayıb.