Bakı Mühəndislik Universitetində (BMU) memarlıq və şəhərsalma  kafedrasının müəllimləri - Ləman Abdullazadə, Zümrüd Bağırlı və Nərgiz Zakirovanın rəhbərliyi ilə tələbələrin yaradıcılıq sərgisi təşkil edilib.

 

Sərginin açılışında çıxış edən adıçəkilən kafedranın müdiri professor Sabir Orucov  və digərləri bu cür sərgilərin keçirilməsinin önəmindən danışıblar. Eyni zamanda artıq universitetdə ənənə halını alan belə sərgilərin gənc müəllim və tələbələr üçün böyük stimul olduğu qeyd edilib.

 

Sonra sərgiyə baxış keçirilib.

 

Böyük maraqla qarşılanan sərgidə memarlıq və şəhərsalma ixtisasları üzrə I, II və III kurslarda təhsil alan tələbələrin semestr boyunca işlədikləri kurs layihələri də nümayiş etdirilib.

 

Sonda fərqlənən tələbələrə memarlıq və inşaat fakültəsinin  müəllimləri tərəfindən sertifikatlar təqdim olunub.