Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulovanın tələbələrlə görüşü keçirilib.

 

Görüşdə "Rəqabətdə fərq yaratmaq" mövzusu müzakirə edilib. Mehriban  Rəsulova tələbələrə karyera boyu iş mühitində fərqlənmək üçün tövsiyələr verib. Onlara bilik və bacarıqlarının artırılması yönündə diqqət yetirməli  olduqları məqamları izah edib.

 

Sonda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb.