Novruz bayramı ilə əlaqədar ölkəmizdə bir həftəlik tətil başlayır. 

 

Novruz bayramından sonra  5 günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart, 6 günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixi olacaq.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki,  bu, qrafik Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli Qərarı ilə tənzimlənib.