Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu  2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, 2024-cü il üçün  fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul Planına əsasən aşağıdakı ixtisaslar üzrə qəbul başlayıb:

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura: - 2 yer

- “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına)

- “Biokimya” - ixtisası üzrə - 1 yer (əyani büdcə hesabına)

 

Fəlsəfə doktoru hazırlığı üzrə dissertantura: - 1 yer

- “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (büdcə hesabına)

 

Elmlər doktoru hazırlığı üzrə doktorantura: - 3 yer

-“İnsan və heyvan fiziologiyası” ixtisası üzrə  - 2 yer ( 1 yer qiyabi büdcə hesabına, 1  yer əyani ödənişli əsaslarla)

-“Biokimya” - ixtisası üzrə - 1 yer (qiyabi büdcə hesabına)

 

Elmlər doktoru hazırlığı üzrə dissertantura: - 2 yer

- “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə - 1 yer (ödənişli əsaslarla)

-“Biokimya” - ixtisası üzrə - 1 yer (büdcə hesabına)

 

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilir (Portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində müraciətlər qəbul olunacaq).