"2014-2015-ci illərdə əsas çatışmazlıq məktəblərdə baş vermiş ayrı-ayrı halların zamanında nazirliyə çatdırılması ilə bağlı idisə, indi bu istiqamətdə problem yoxdur".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 
 
O bildirib ki, nazirlik o zaman məktəblərdə baş vermiş neqativ hallarla bağlı əsasən mediadan məlumat ala bilirdi:
 
"Bu da proseslərə çevik müdaxilə etməyə imkan vermirdi. İndi bu problem aradan qaldırılıb. Həmçinin bu layihə tətbiq olunana qədər fövqəladə hallara müdaxilə etmək üçün heç bir qayda yox idi, direktor nə edəcəyini bilmirdi. Artıq qaydalar müəyyənləşdirilib, fövqəladə hallar baş verəndə operativ şəkildə müdaxilə edilir".