Proqnozlara görə ümumi təhsil müəssisələrində hələ uzun müddət "Məktəblinin dostu"na ehtiyac olacaq. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 
 
Nazirin sözlərinə görə, bu layihə sadəcə bir alətdir: "Məktəb daxilində hansısa boşluqları sistemli şəkildə qarşılaya bilmiriksə, o zaman müvəqqəti həll yolu tapırıq. Proqnozlara görə ümumi təhsil müəssisələrində hələ uzun müddət "Məktəblinin dostu"na ehtiyac olacaq". 
 
"İndiki məktəb modeli köhnədir. Valideynlər işə gedir, bu müddətdə məktəb uşağın qeydinə qalır, ona təhsil verir. Təhsil o qədər müqavimət göstərən sahədir ki, onun dəyişməsi elə də asan deyil. Hər dəfə təhsil məzmununu dəyişmək müəllimlərin əməkhaqlarına dəyişiklik edilməsi deməkdir"- E.Əmrullayev əlavə edib.