2024-cü ilin ilk 3 ayında 345 ümumi təhsil müəssisəsində yoxlamalar aparılıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, 55 nəfər işdən çıxarılıb, 89 nəfərə xəbərdarlıq edilib, töhmət və şiddətli töhmət verilib.