STEAM Mərkəzlərində yeni qruplara qeydiyyat başlayıb.


"Azərbaycan müəllimi" steam.edu.az-a istinadən məlumat verir ki, STEAM mərkəzlərində yeni qruplara qeydiyyat başlayıb. Məlumatda qeyd olunur ki, məşğələlər aşağıdaki modullar üzrə keçiriləcək:

 

- "RoboKids" / 6-10 yaşlı uşaqlar üçün robototexnika və kodlaşdırma;

- "3D CAD" / 11-15 yaşlı şagirdlər üçün rəqəmsal incəsənət, 3D modelləşdirmə və 3D çap;

- "Coding" / 11-15 yaşlı şagirdlər üçün birplatalı mikrokontroller üzərində kodlaşdırma.

 

Qeyd edək ki, qeydiyyat üçün aşağıda qeyd olunan STEAM mərkəzlərinə müraciət etmək lazımdır.                  

               

1. Ağdaş STEAM Mərkəzi

2. Bərdə STEAM Mərkəzi

3. Gəncə STEAM Mərkəzi

4. Quba STEAM Mərkəzi

5. Lənkəran STEAM Mərkəzi

6. Mingəçevir STEAM Mərkəzi

7. Şirvan STEAM Mərkəzi

8. Şəmkir STEAM Mərkəzi

9. İsmayıllı STEAM Mərkəzi

10. Qax STEAM Mərkəzi

11. Saray STEAM Mərkəzi

12. Sabirabad STEAM Mərkəzi

13. Zaqatala STEAM Mərkəzi

14. Sumqayıt STEAM Mərkəzi

15. Xırdalan 11 nömrəli STEAM Mərkəzi

16. Masazır STEAM Mərkəzi

17. Xırdalan 3 nömrəli STEAM Mərkəzi

18. Tovuz STEAM Mərkəzi

19. Bakı Avropa Liseyi STEAM Mərkəzi

 

Qeyd edək ki, qeydiyyat prosesi 25 aprel 2024-cü il tarixinə qədər davam edəcək.