Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutu vakant yerləri tutmaq üçün müsabiqə elan edib.

 

“Azərbaycan müəllimi” Biofizika İnstitutuna istinadən xəbər verir ki, vakansiya aşağıdakı yerlər üzrə aparılır:

“Hüceyrə siqnalının otürülməsi” laboratoriyası üzrə:

Laboratoriya müdiri – 1 yer.

 

“Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyası üzrə:

 

Laboratoriya müdiri – 1 yer.

 

Müsabiqədə “Hüceyrə siqnalının otürülməsi” laboratoriyası üzrə bioloji siqnalların ötürülməsi, xüsusən də ion kanalları üzrə geniş biliklərə və təcrübələrə malik olan, “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyası üzrə fiziki və kimyəvi stress faktorlarının biologiyasına dair geniş biliklərə malik olan, bu sahələrdə yaranan problemlərin həlli üzrə rasional addımlar atmağa qabil olan, elmlər və fəlsəfə doktoru elmi dərəcəyə malik böyük təcrübəsi olan ddiaçılar iştirak edə bilərlər.

 

İddiaçılar təqdim olunacaq sənədlərlə bərabər rəhbərlik etmək iddiasında olduqları laboratoriyanın gələcək inkişaf konsepsiyasını hazırlamalıdırlar və institutun Elmi Şurasında çıxış etməlidirlər.

 

Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 (bir) ay müddətinə aşağıdakı ünvana təqdim edilməlidir:

 

AZ 1141, Bakı şəhəri, Z. Xəlilov küçəsi 117, 209 saylı otaq.

Telefon: (012) 4348336

E-mail: [email protected]

 

Müsabiqədə iştirak etmək istəyən iddiaçı Biofizika İnstitutunun rəhbərinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti;

2. Kadrların şəxsi uçot vərəqi;

3. Tərcümeyi-hal;

4. Əmək kitabçasının iş yerində və ya notarial qaydada təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni baş­layanlar istisna olmaqla);

5. Magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin notarial qaydada və ya kadrlar şöbəsi tərəfindən təsdiq olunmuş surəti;

6. Elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru), elmi ad (dosent, professor) və elmi rütbə (AMEA-nın həqiqi, müxbir üzvü) haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;

7. Yerinə yetirilmiş elmi-tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi-texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirakı haqqında məlumat;

8. Müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surəti;

9. Elmi əsərlərin elmi müəssisə və təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş siyahısı.