ADA Universiteti "ADA 2024 - 7th International Education" Konfransına onlayn qeydiyyata start verib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, alimləri, siyasətçiləri, müstəqil tədqiqatçıları, təhsil üzrə praktikantları və tələbələri bir araya gətirən akademik forum olan Konfrans “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” mövzusu altında keçiriləcək.

 

Qeyd edək ki, konfrans bu ilin iyul ayının 1-i və 2-si tarixlərini əhatə edəcək.

 

Qeydiyyat üçün link: http://edcon.ada.edu.az/