Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə universitetdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş fənn olimpiadaları keçiriləcək.

“Azərbaycan müəllimi” AzMİU-ya istinadən xəbər verir ki, universitetdə  olimpiadalara hazırlıq işləri davam edir.

Hər fənn üzrə müvafiq kafedraların müəllimləri tərəfindən olimpiadaya hazırlıq dərsləri keçirilir. Dərslər həftə içi əvvəlcədən elan olunmuş qrafiklər üzrə aparılır. 

Qeyd edək ki, fənn olimpiadaları materiallar müqaviməti, statistika, inşaat mexanikası, riyaziyyat, fizika, ingilis dili (rus dili), informatika olmaqla, 7 fənn üzrə keçirilir.

Olimpiadalarda qalib gələcək tələbələrə pul mükafatı təqdim ediləcək.  Hər fənn üzrə I yerin qalibi 300 AZN, II yerin qalibi 200 AZN, III yerin qalibi isə 100 AZN qazanacaq.