16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəblilərimiz sözügedən turnirə Azərbaycan Texniki Universitetinin laboratoriyalarından onlayn formada qoşulublar.
 
 
Şagirdlərimiz həmin yarışda uğurla çıxış edərək 5 gümüş və 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.