153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur.
 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.
 
Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
 
TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub.
 
Bir nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər üç şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərə isə (qadın cinsli) yerində yardım göstərilib.