Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”