“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
 
Görüş mayın 10-da paytaxtdakı 20 nömrəli məktəb-liseydə baş tutacaq.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Əməkdar elm xadimi, professor Şahlar Əsgərov olacaq.   
 
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
 
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.